Xarici ölkələrdə evi olan türk məşhurlar - SİYAHI
Türkiyə şou biznesinin sevilən simaları xarici ölkələrdə aldıqları daşınmaz əmlaklar ilə gündəmə gəlib. Tarkan, Kenan Doğulu, Sibel Can, Demet Akalın....Kimin, hansı ölkədə evi var?
azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, konsert proqramlarından küllü miqdarda qonarar alan türk müğənnilər, daha çox daşınmaz əmlak almağa üstünlük verir və bunu adətən xarici ölkələrdə edirlər. Belə məşhurlardan bir neçəsini sizə təqdim edirik:
"Meqastar" Tarkan Türkiyədə onlarla evə sahib olmasına baxmayaraq Almaniya və ABŞ-da da daşınmaz əmlaklarının sayı ilə ön sıradadır. O, yaz aylarında zamanının çox hissəsini ailəsi ilə birıikdə ABŞ-dakı malikanəsində keçirdir.
Kenan Doğulu Beren Saat ilə evləndiyi Los-Angelesdə ev sahibi olub. Cütlük, özəl günlərini bu evdə qeyd etməkdən zövq alır.
Sibel Can isə Mayamidə ev sahibi olan məşhurlardandır. Tez-tez Mayamiyə gedən sənətçi evinin şəkillərini sosial şəbəkə hesablarından paylaşır.
Hülya Avşar Türkiyədə bir çox evi və torpaq sahəsi olan sənətçi kimi ilk sıralardadır. Bununla kifayətlənməyən Avşar, son zamanlar Londonda da ev və torpaq sahələri alıb.
Seda Sayan da qazancını London və Mayamidə ev almağa xərcləyən müğənnilərdəndir.
İllər öncə dil təhsili almaq üçün getdiyi Amerikada ev sahibi olan aktyor Çağatay Ulusoy ilin demək olar ki, çox hissəsini bu evdə yaşayır.
Aktrisa Demet Özdemir və müğənni Zeynep Bastık isə ev almaq üçün Yunanıstanı seçib.
Ebru Gündeş, Mahsun Kırmızıgül, Demet Akalın da ABŞ-da evi olan sənətçilər sırasındadır.
Londonun ən lüks səmtində evi olan Mustafa Sandal isə, dünyaca məşhur Madonna ilə qonşudur.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var