Xərçəngin 13 növünün riskini azaldan vərdiş açıqlanıb - FOTO
Xərçəngin 13 növünün riskini azaldan vərdiş açıqlanıb - FOTO
Təxminən hər iki insandan birində yaşadığı illər ərzində xərçəngin hər hansı bir forması inkişaf edir.
Bu barədə İngiltərənin Milli Səhiyyə Xidmətinin ekspertləri bildiriblər.
Onların sözlərinə görə, bütün xərçəng növlərinin qarşısını almaq mümkün deyil, lakin riski azaltmağın sübut edilmiş yolları var.
"Aktivliyi saxlamaq sağlam şəkildə artıq kiloları itirməkdə və ya çəkini saxlamaqda kömək edə bilər. Bu isə 13 müxtəlif növ xərçəng riskini azaldır. Məsələn, çox idman edirsinizsə, bu, döş xərçəngi, yaxud bağırsaq xərçənginin qarşısını almağa kömək edə bilər", - deyə mütəxəssislər bildiriblər.
Daha çox fiziki aktivliyi daha az xərçəng riski ilə əlaqələndirən sübutlar müşahidə tədqiqatlarından əldə edilib. Bu zaman insanların fiziki fəaliyyətləri barədə məlumatlar öyrənilib, sonra isə həmin adamlar uzun illər (xərçəng diaqnozu üçün) izləniliblər.
Həkimlər onu da qeyd ediblər ki, gün ərzində uzun müddət oturmaq və ya uzanmaq sağlamlıq üçün zərərlidir.
"Hətta idmanla məşğul olan insanlar da günün qalan hissəsində hərəkət etmədən çox vaxt keçirə bilirlər. Ancaq uzun müddət oturma və ya uzanmağın xərçəngə tutulma riskini artırıb-artmadığı hələ aydın deyil. Bu, hələ araşdırılır", - deyə onlar əlavə ediblər.
Mənbə: Medik Forum
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız