Xərçəngin daha bir SİRRİ AÇILDI: niyə bəzi xəstələr ölür, digərləri isə yox?

Xərçəngin daha bir SİRRİ AÇILDI: niyə bəzi xəstələr ölür, digərləri isə yox?Xərçəng xəstəliklərinin müalicəsi üzrə mütəxəssis, onkoloq həkim Karel Saymonton bəzi insanların bu bəlaya qalib gələ bilməsinin, bəzilərinin isə məğlub olmasının səbəblərindən danışıb.
Milli.Az xəbər verir ki, Karel Saymontonun həyat yoldaşı da onkoloji xəstələr üzrə psixoloq, məsləhətçidir. Onlar düz otuz il əvvəl hər birimizi düşündürən məsələ üzərində araşdırmağa aparmağa qərar verib.
Araşdırma "Niyə eyni proqnoza baxmayaraq, bəzi xəstələr ölür, digərləri isə sağalır? Və daha doğrusu: "Niyə eyni müalicə xəstələrə müxtəlif cür təsir göstərir?" sualları üzərində qurulub.
Ənənəvi müalicə ilə yanaşı əlavə şəfa üsulları mövcuddurmu? Və əgər belədirsə, onda laboratoriya yoxlamalarında aşkarlamayan bu amil nədir? Yaşamaq arzusunun mənəvi əsası, ümidini itirməmək və mübarizə aparmağa güc verən amil nədən ibarətdir?
Saymonton cütlüyü Texas ştatının Dallas şəhərində xərçəng xəstəliyinin öyrənilməsi üçün elmi araşdırma mərkəzi açıb. Onlar birlikdə yazdığı "Yenidən sağlamaq" və ya "Xərşəng psixoterapiyası" (Getting well again) kitabında iddia edir ki, öz mərkəzlərində yüzlərlə ünsiyyət nəticəsində xəstələrin yaşamaq arzusunun elmi əsasını aşkar ediblər.
Kitabda müəlliflər xəstələrə xərçənglə mübarizədə qalib gəlmək üçün öz mənəvi tərəflərini gücləndirməyin həyati əhəmiyyətini öyrədirlər. Cütlüyün mövqeyi ondan ibarətdir ki, xəstə özü də sağalmasına görə az məsuliyyət daşımır. Xəstənin səhhətinin bütün məsuliyyətinin həkimdən asılı olması əks yanaşmadır. Əlbəttə ki, həkim xəstənin sağlamlığına görə, məsuliyyət daşıyır, amma qismən. Xəstə özü xəçrəng hüceyrələrinin daşıyıcısı olduğu üçün müalicənin gedişatında və orqanimzin prosedurlara necə reaksiya göstərməsində birbaşa rol oynayır.
Psixoloji baxımdan yaşamaq istəyinin, eləcə də şəfa tapacağına ümid etməsinin və müalicənin - onkoloji xəstələrin sağalmasında və sağlam həyata qayıtmasında çox böyük təsiri var. Xərçəng orqanizmin özü-özünə hücum etdiyi xəstəliklərə aiddir.
Bəziləri xərçəngin yaranmasını ətraf mühitin çirklənməsində, digəri orqanizmin daxili amilləri ilə izah edir. Bəziləri isə bunu genetika və psixoloji gərginliklə bağlayır. Hər halda dəfələrlə sübut olub ki, xroniki psixoloji gərginlik immun sistemini zəiflədir və bir çox xəstəliklərin yaranması riskini artırır, xüsusilə də xərçəng.
Bu gün xərçəng getdikcə daha böyük vüsət alır, buna əsasən xəstəliyə sadəcə diaqnoz qoymaq azdır. Hər bir xəstəyə individual olaraq kompleks müalicə şəkilində yanaşmaq lazımdır. Başqa sözlə, xəstənin xərçəng müalicəsi adi onkoloji prosedurlardan daha geniş olmalıdır. Buraya xəstənin həyat keyfiyyətinin yaxşılaşdırılması komponentləri və xəstənin əhval-ruhiyyəsinin qaldırılması da daxil edilməlidir.
Kimyəvi terapevtik prosedurlardan danışanda adətən fiziki halların insan bədəninə təsirini nəzərdə tuturlar. Amma müalicənin insanın ruhi vəziyyətinə və yaşamaq istəyinə təsiri barədə unudurlar.
İradənin gücləndirilməsi və əhval-ruhiyyənin yüksəldilməsinin səmərəli vasitələrdən biri də təklif olunan komplementar (qeyri-ənənəvi təbabət) təbabət prosedurları və xüsusilə bioloji aktiv qida əlavələrinin tətbiqidir. Bununla da onlar xəstənin həyat əzminə, həyat keyfiyyətinə birbaşa və ya dolayısı ilə təsir edir.
Məsələn, israilli həkimlər kimyəvi üsulla şüalanmanın və müalicə dərmanlarının əlavə təsirləri ilə mübarizə və qarşısının alınması üçün arı şanından xüsusi preparat hazırlayıb. Onu qəbul edən xəstələr hətta ən ağır prosedurlar zamanı normal fəaliyyət göstərdiyi və simptonların azaldığı müşahidə olunub. Bunu klinik tədqiqatların nəticələri də təsdiqləyib.
Əhval-ruhiyyəni yaxşılaşdıran və dəstəkləyən digər texniki prosedurlar isə ağrının öhdəsindən gəlməyə və iradənin gücləndirilməsinə kömək edir.
Terapevtlər əlavə şərt kimi onkoloji xəstələrin müalicəsində kimyəvi prosedurlardan istifadə zamanı xəstələri psixoloji cəhətdən dəstəkləməyə, həyat əzmini və eşqini yüksəldərək yaşamaq arzusunu gücləndirməyə çalışır. Bununla da onlar sübut edir ki, xəstələrin sağalmağa və məqsədlərinə nail olunmağa ümidləri var.
Saymonton cütlüyü yazdığı kitabda ənənəvi tibbin üstündən xətt çəkdiyi xəstələrdən çoxlu misallar gətirib, buna baxmayaraq, onlar uzun və firavan ömür yaşayıb. Həkimlər bunu "tibbi möcüzə" adlandırır. Ola bilsin ki, bu möcüzə əsasında yaşamaq ehtirası, sağalmaq arzusu və komplementar təbabətdə bioloji aktiv əlavələrinin tətbiqi dayanır. (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 27 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

Avstriyada məşhur "Hipp" markalı uşaq qidası bankalarında siçan zəhəri tapılıb. KONKRET.azxəbər verir ki, bu barədə "CBC News" Avstriya polisinə istinadən məlumat yayıb. Polisin məlumatına görə, Burgenlan

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

İnfarkt ən çox nə vaxt baş verir? - Kardioloqlar izah edir

Kardioloqlar qadınlar və kişilərdə infarktın əlamətləri fərqli ola biləcəyi qənaətindədirlər. Həm kişilər, həm də qadınlar sinədə güclü ağrı və narahatlıq hiss edə bilərlər. . xəbər verir ki, kardioloqlar qadınlarda əlav

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Alimlər beyin inkişafı və dağınıq sklerozla bağlı yeni kəşfə imza atıblar

Beyindəki qlükoza səviyyəsi sinir siqnallarının sürətli ötürülməsini təmin edən mielin qatının (sinir liflərinin qoruyucu örtüyü) formalaşmasına birbaşa təsir göstərir. KONKRET.azxəbər verir ki, bu barədə "Nature Neuroscience"


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər.az sou xeberler bugun sonxeber