Xəstə ayağı qoyub sağlamı kəsən SƏHİYYƏmiz - 'Sığorta bir əməliyyata görə elə get-gələ salır ki

Xəstə ayağı qoyub sağlamı kəsən SƏHİYYƏmiz - 'Sığorta bir əməliyyata görə elə get-gələ salır kiAzərbaycanda səhiyyə sisteminin fəaliyyəti ilə bağlı mütəmadi olaraq vətəndaşların narazılıqlarına şahid oluruq. Zaman-zaman müxtəlif tribunalardan səhiyyə qiymətləri ilə bağlı mövzular müzakirə edilir, dərman qiymətləri, onların keyfiyyətləri tənqid edilir. 
Hətta tez-tez Milli Məclisdə də bu mövzu müzakirələrə səbəb olur. Səhiyyə xidməti sahəsindəki nazarlıqların başında müxtəlif səhiyyə xidmətlərinin daha baha ödənişlərlə həyata keçirilməsidir. Məsələn, öncələr pulsuz olan tibbi arayışların alınmasının rüsumu 41 manat olaraq müəyyən edilib. Bu qiymətin tədbiq edilməsi vətəndaşların haqlı narazılığına səbəb olur. 
Digər bir şikayət istiqaməti isə, tibbi sığorta xidmətində vətəndaşların qarşılaşdıqları çətinliklərdir. Zaman-zaman mətbuatda, sosial şəbəkələrdə bu mövzu ilə bağlı vətəndaş şikayətlərinin artdığını görmək mümkündür. 
Bəs ümumilikdə Azərbaycanda səhiyyə sahəsindəki xidmətlər, tibbi sığortayla bağlı problemlər niyə həllini tapmır?
azxeber.com-a danışan Milli Məclisin deputatı Razi Nurullayev düşünür ki, Azərbaycanda İcbari Tibbi Sığortanın fəaliyyətindən öncə tibb sahəsində vəziyyət daha ağır idi:
Xəstə ayağı qoyub sağlamı kəsən SƏHİYYƏmiz - 'Sığorta bir əməliyyata görə elə get-gələ salır ki"Səhiyyənin adı pulsuz olsa da, pullu xidmət göstərilirdi. İcbari Tibbi Sığortadan sonra təbii ki, tibbi əlçatanlıq bir xeyli artıb. Bir çox insanlar sığorta ilə ürək əməliyyatlarını belə etdirə bilirlər.  Amma sığorta hamını razı salır, bizi qaneə edir deyə bilmərik. Bu gün İcbari Tibbi Sığortaya ayrılan vəsaitin miqdarı 1.8 milyard manatdır. Ancaq bir çox müalicəsi davam edən xəstəliklərin davamlı müalicəsi, dərmanların alınması üçün 5 milyard manat vəsait lazımdır. Hazırda bu rəqəm 2 milyarda yaxındır. Ümumilikdə 3 milyard lazımdır ki, Azərbaycan əhalisinin tibbi  xidmətə olan əlçatanlığını həll etmək mümkün olsun".
Razi Nurullayev hesab edir ki, bu sahədə elə problemlər var ki, onlar insan, idarəçilik faktoruna dayanan məsələlərdir:
"İnsanların uzun müddət növbədə dayanması, lazımsız olaraq onlardan bəzi sənədlərin istənilməsi, get-gələ salınmaları kimi problemlər süni şəkildə yaradılır. Bu cür süni problemlər qəbuledilməzdir".
Deputat vurğulayıb ki, Səhiyyə Nazirliyinin rəhbərliyi ümumilikdə ölkədəki səhiyyə problemləri ilə bağlı məsələlərdə daha açıqsözlü olmalıdır:
"Səhiyyə Nazirliyi ümumilikdə ölkədə səhiyyə siyasətini həyata keçirən bir orqandır. Mən istərdim ki, nazirlik daha açıqsözlü olsun, bir çox problemləri dilə gətirsin. Onları  ictimailəşdirib, cənab Prezidentin, hökumətin nəzərinə çatdırsın. Belə olarsa, bu problemlər tez həll olunar. Bu gün təəssüflər olsun ki, bir çox nazirlər obyektiv və subyektiv səbəblərdən problemləri görürlər, ancaq onu həll edə bilmirlər. Ona görə də hökümət səviyyəsində nazirliklərə problemləri qabardıb, həllinə nail olmaq üçün müəyyən sərbəstlik verilməlidir. Mən bilirəm ki, Səhiyyə Nazirliyi problemlərin haralarda olduğunu zərrəsinə qədər bilir".
Xəstə ayağı qoyub sağlamı kəsən SƏHİYYƏmiz - 'Sığorta bir əməliyyata görə elə get-gələ salır kiİqtisadçı Akif Nəsirli düşünür ki, ildən-ilə Azərbaycanda sığorta sisteminin tətbiqində irəliləyişlər olsa da, hələ ki xidmətlər vətəndaşları məmnun edəcək səviyyədə deyil:
"Azərbaycanda tibbi sığortanın tətbiqinə başlayanda məmnun olduq. Çünki yüksək səviyyədə xidmət göstərilməsini gözləyirdik. Əlbəttə ki, birdən-birə Avropa, Amerika səviyyəsində ola bilməz. İldən-ilə Azərbaycanda sığorta sistemini tətbiqində irəliləyişlər müşahidə olunur. Ancaq məsələ burasındadır ki, vətəndaşları məmnun edən səviyyəyə gəlib çatmayıb. Ümumən demək olar ki, Azərbaycan səhiyyəsi hazırda idarəetmə axtarışındadır".
İqtisaçdı-ekspert səhiyyə sistemində şəffaflığın olmamasının tibbi sığorta sisteminin də inkişaf  etməsinə, oturuşmasına maneə olduğunu deyib:
"Sığorta sisteminin maliyyə mənbələri, dövlət büdcəsindən tibbi sığortaya ayrılan vəsaitlərin həcminə baxsaq, görərik ki, bu səhiyyəyə ayrılan vəsaitin 30 faizə qədəridir. Sığorta sistemi inkişaf edən ölkələrdə səhiyyə sisteminə ayrılan vəsaitin 70-80 faizini əhatə edir. Avropa ölkələrində bir nəfərin sığortalanması üçün il ərzində 60-70 min avro vəsait ayrılır. Bu bir nəfərin xidmət alması üçün böyük göstəricidir. Bu vəsait vətəndaşın cibindən çıxmır. Sığorta sisteminin ona tətbiq etdiyi xidmətin dəyəridir. Biz isə bu məbləğin 5000 manat olmasına  çalışırıq. Bu baxımdan deyirəm ki, sığorta sistemi tam işləyə bilmir". 
Akif Nəsirli sağlamlıq arayışının ödənişli olmasına da münasibət bildirib:
"Sağlamlıq haqqında arayış verilməsində pul almaq, sığorta sistemi ilə tərs mütənasiblik daşıyır. Absurd yanaşmadır, bir-birini inkar edir. Sığorta hesabına yoxlama getməli, vətəndaşa pulsuz olaraq arayış verilməlidir. Bu planlaşdırılmayan tibbi yoxlamadır. Azərbaycanda sığorta sistemini tətbiq edən mütəxəssislər bunu başa düşür. Ancaq şəxsi maraqlar buna maneə olur".
Şəbnəm Zahir

Sosial       Tarix: 31 avqust 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun xabar az xabarlar bu gunun xeberleri