Xəstəlik özünü sonradan da büruzə verə bilər: "Müəyyən yaşda ağır şəkər xəstəsinə çevrilə bilərlər" - FOTO

Xəstəlik özünü sonradan da büruzə verə bilər: Xəstəlik özünü sonradan da büruzə verə bilər: "Müəyyən yaşda ağır şəkər xəstəsinə çevrilə bilərlər" - FOTO
"Valideynlərin hər ikisi diabet xəstəsidirsə, uşaqların 30 faizində bu xəstəliyin aşkarlanması mümkündür. Diabet genetik faktorla əlaqəlidir".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə nazirliyin "Instagram" hesabında canlı yayımı zamanı deyib.
Onun sözlərinə görə, diabet xəstəliyinin ən çox rast gəlinən növü - 1-ci tip diabetdir və bütün yaşlarda ortaya çıxa bilər. Son 10-20 ildə 2-ci tip diabet isə uşaqlarda rast gəlinir və bu, 10 yaşdan sonra ortaya çıxır.
Bəs görəsən, uşaqlarda bu xəstəlik özünü hansı şəkildə büruzə verir? Müraciət edən pasiyentlərin ailə üzvlərindən bu xəstəlikdən əziyyət çəkən olubmu?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən terapevt Abbas Bağırovun sözlərinə görə, şəkərli diabet səbəbi məlum olmayan xəstəliklər qrupuna daxildir:
Xəstəlik özünü sonradan da büruzə verə bilər: "Xəstəliyin konkret yaranma səbəbini bugünkü nəzəri və praktiki təbabət də aydınlaşdıra bilmir. Səbəbi məlum olmayan xəstəliklərin birdəfəlik müalicəsi mövcud deyil. Xəstəliyin daha çox rast gəlinən birinci və ikinci tipi var.
1-ci tip diabet uşaqlarda arıqlama, tərləmə, ümumi zəiflik, baş ağrısı, tez yorulma, yuxusuzluq, tez yuxuya getmə, aclıq əlamətləri ilə göstərir. Bununla yanaşı istəmədən çəkinin itməsi halları da baş verir. 2-ci tip uşaqlarda az rast gəlinir. Az rast gəlməsinə baxmayaraq, statistik göstəriciləri son zamanlar artıb. Bu zaman da piylənmə, ümumi yorğunluq, əsəb hallarına rast gəlinir.
Şəkərli diabet olan uşaqların sidik və tərindən xoşagəlməz iy gəlir. Qanda şəkərin miqdarı artanda dəridə qaşıntı, ümumi narahatlıq, yuxusuzluq, dəri qızartıları da müşahidə olunur".
A.Bağırov qeyd edib ki, diabetdən qorunmağın konkret göstəriciləri yoxdur:
"Şəkərdən qorunmağın konkret göstəriciləri yoxdur. Çünki nədən yarandığı bəlli deyil. Qida, ekoloji, genetik, sosial faktorlar xəstəliyi yaradan ən öndə gedən amillər hesab olunur. Sağlam qidalanmaq lazımdır. İdmanla məşğul olub, yuxu rejiminin tənzimlənməsi əsas vasitədir".
Həkim əlavə edib ki,  kök uşaqlarda 2-ci tip şəkərli diabetə çox rast gəlinir:
"Kök uşaqlarda da ikinci tip şəkərli diabetə çox rast gəlinir. Genetik meyillilik olur. Bəzi hallarda genetik faktor, ümumiyyətlə, olmur".
Endokrinoloq Emin Ağabalayev bildirib ki, diabet uşaqlarda müəyyən yaş kateqoriyasında özünü büruzə verə bilər:
Xəstəlik özünü sonradan da büruzə verə bilər: "Xəstəlik müxtəlif səbəblərdən başlaya bilər. Burada irsi faktor rol oynamır. Mədəaltı vəzdə insulin istehsal edən betta hüceyrələri məhv olur, nəticədə uşağın şəkərini salacaq insulin hormonu qalmır. Ömür boyu insulin müalicəsi almaq məcburiyyətində qalır.
Uşaqlarda piylənmə varsa, şəkərə meyillilik kimi göstərilə bilər. Uzun müddət bu insulin orqanizmdə davam edərsə, müəyyən yaş həddinə çatanda həmin insanlarda şəkərli diabet əmələ gələ bilər. Kök uşaqlar şəkər xəstəsi olur - fikri səhvdir. Xəstəlik özünü sonradan da büruzə verə bilər. Uşaqlıq dövründən çıxandan sonra ağır şəkər xəstəsinə çevrilə bilərlər".
E.Ağabalayev valideynlərində piylənmə olan uşaq üçün bu xəstəlik riskli hesab olunduğunu söyləyib:
"Uşaqlarda nadir hallarda rast gəlinən böyüklərin diabeti aşkarlanarsa, onlar xəstəliyi kəskin keçirirlər. Hətta komaya belə düşənlər olub. Ömürlərinin sonlarına qədər insulindən asılı halda yaşayırlar. Bu səbəbdən pəhriz saxlamalı, ailəliklə karbohidratdan uzaq olmalıdırlar. Uşaqlarda piylənmə olmazsa, bu xəstəlik də onlardan uzaq olacaq".
Nəzrin Vahid

Maraqlı       Tarix: 04 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal xeberler dunyada son xeberler sonxeberler cəbhədən son məlumat