Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə araşdırma başlayıb - RƏSMİ
Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi barədə araşdırma başlayıb.
"Report"un əldə etdiyi məlumata görə, fakt Nəsimi Rayon Prokurorluğunda araşdırlır.
Nəzrin Mansurovanın müalicə aldığı xəstəxanadan "Report"a bildirilib ki, hazırda xəstənin vəziyyəti ilə bağlı heç bir dəyişiklik yoxdur:
"Xəstə Nəzrin Mansurova yanvarın 5-də də "Liv Bona Dea" hospitalın reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Hazırda vəziyyəti ağır olaraq davam edir. Xəstə süni-tənəffüs aparatına qoşulub, intensiv müaicə və müşahidə davam etdirilir".
Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində baş vermiş faktın araşdırılması ilə bağlı yoxlama başlanılıb.
Xatırladaq ki, sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurova sonradan komaya düşüb. İddia olunur ki, onun beyninə çirk yayılıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır