Xəstəxanaya yerləşdirilən Mahir Cürətin ayaqları çürüyüb?
Xəstəxanaya yerləşdirilən Mahir Cürətin ayaqları çürüyüb?
"Hazırda xəstəxanadayam və burada müalicələrimi davam etdirirəm. Həkimlərin səyi nəticəsində ağır günlər artıq geridə qaldı. Yavaş-yavaş səhhətimdə yaxşılığa doğru irəliləyişlər var".
Bu sözləri məşhur meyxana ustadı və qəzəlxan Mahir Cürət Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Hazırda M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicələrini davam etdirən sənətkar səhhətinin yaxşılaşdığını bildirib:
"Bir neçə gün əvvəl həm daxili orqanlarımda, həm də ayaqlarımda dəhşətli ağrılar vardı. Qan azlığım da vardı. "Bizimləsən" verilişinin heyəti, başda proqramın aparıcısı Zaur Baxşəliyevin köməyi ilə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirildim.
Bir çox müayinələrdən keçdim. Mənə sistemlər və iynələr vuruldu. Həkimlərin ciddi nəzarətindəyəm. Ayaqlarımda problemlər yaranmışdı. Yaralar əmələ gəlmişdi. Xəbər yayılmışdı ki, guya ayaqlarım çürüyüb. Amma bu yalandır. Həkimlər əllərindən gələni edirlər ki, ayaqlarım sağalsın".
"Ailə üzvləriniz və sənət yoldaşlarınız sizə baş çəkirlər?" sualına sənətkar "Oğlum, bacım, anam mənə tez-tez baş çəkir. Həkimlər mənə hələ 15 gün burada, xəstəxanada qalacağımı söyləyiblər. Meyxana ustaları Ağamirzə Məmmədov, Namiq Qaraçuxurlu və Namiq Məna zəng vurub səhhətimlə maraqlanırdılar. Onlara da sizin redaksiyanız vasitəsi ilə təşəkkürümü bildirirəm" cavabını verib. / oxu.az
Turlar.az [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Naxçıvanda avtomobil piyadanı vurdu