Xəstəxanaya yerləşdirilən Nazimin səhhəti necədir? - AÇIQLAMA
"Nazimin şüuru açıqdır. Şükür Allaha artıq danışa da bilir".
Bu sözləri azxeber.com-a açıqlamasında müğənni Nazim Pişyarinin yaxın dostu, aparıcı Kamran Həsənli deyib.
Kamran Həsənli sənətçinin səhhəti ilə bağlı yayılan bəzi xəbərlərin doğru olmadığını bildirib:
"Vəziyyəti stabil olaraq qalır. Süni nəfəs aparatına qoşulması haqda deyilənlər doğru deyil. Mərkəzi Klinik Xəstəxanada reanimasiyadadır. Təəssüf ki, gedib görə bilmirəm. Çünki yanına ailəsindən başqa heç kəs buraxılmır. Amma tez-tez ailə yaxınları, xüsusilə də oğlu ilə əlaqədəyəm. Onun sözlərinə görə şüuru açıqdır, az da olsa danışa bilir. Dua edək ki, tezliklə daha da yaxşı olsun".
Xatırladaq ki, Nazim Pişyari ötən gün işemik insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Aysel Hacızadə

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək