Xəzər dənizi ilə bağlı qorxunc proqnoz: Qazaxıstan 40 milyard XƏRCLƏYƏCƏK
Xəzər dənizinin dayazlaşması səbəbindən Aktau və Kurık limanlarına məhdudiyyət qoyulub.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Nəqliyyat Nazirliyi vəziyyəti düzəltmək üçün nə qədər vəsait lazım olduğunu açıqlayıb.
Qeyd olunub ki, layihə 2023-2025-ci illər üçün nəzərdə tutulub. İlkin hesablamalara görə, dərinləşdirmə işlərinə 40,4 milyard tenge xərclənəcək. Bu günə kimi maliyyələşmənin mənbəyi və mexanizmi müəyyənləşdirilir.
Nazirlikdən verilən məlumata görə, hazırda liman akvatoriyasının dərinliyi orta hesabla 4,9 metr, standart gəmiçilik səviyyəsi isə 6,11 metr təşkil edir. Bu, gəmilərin yalnız 75 faiz yüklənməsinə imkan verir.
Dibdərinləşdirmədən sonra gəmilər tam yüklənəcək ki, bu da Qazaxıstan limanları vasitəsilə yük dövriyyəsini 25-30 faiz artıracaq.
Qeyd olunub ki, hazırda Xəzər dənizinin səviyyəsi mənfi 4,5 metrdir. 2030-cu ilə qədər dəniz səviyyəsinin hər il 23 santimetr azalacağı proqnozlaşdırılır. Bu vəziyyəti nəzərə alaraq, Aktau və Kurık limanlarında kəskin problem yaranmağa başlayıb. Bununla əlaqədar təcili dibdərinləşdirmə tələb olunur.
İqbal Rzayev,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ