Xəzər "donur", yağış, qar, külək gözlənilir - AÇIQLAMA

Xəzər "donur", yağış, qar, külək gözlənilir - AÇIQLAMAXəzər "donur", yağış, qar, külək gözlənilir - AÇIQLAMA
"Dekabrın iki ongünlüyü artıq geridə qalıb. Bundan sonra günlər uzanmağa, gecələr isə qısalmağa doğru gedəcək. Dekabr ayları arasında bu ilki dekabr havasına görə ən qeyri sabit və dəyişkən aylardan biri kimi qeyd oluna bilər. Orta temperatur normaya yaxın olsa da, tərəddüd amplitudası nəzərəçarpacaq dərəcədə olub".
Bunu mətbuata açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, bu ayın 20 günündən 11-də hava temperaturu normanı 2 dərəcə aşmışdısa, altı gün isə orta iqlim göstəricilərindən 3 dərəcə aşağı olub:
"Çoxillik göstəricilərə görə, əksər rayonlarda yağıntılı günlərin sayı 6-9 günədək, Quba-Şamaxı və Lənkəran-Astara zonalarında isə 11-13 günədək olub. Bu il yağıntıların miqdarı ölkə ərazisi üzrə qeyri-bərabər paylanıb, lakin bəzi regionlarda müəyyən günlərdə kifayət qədər intensiv olub ki, bu da sanki təbiətin yay dövründəki defisitini örtmək üçün cəhdidir.
Beləliklə, paytaxtda yağıntılı günlərin sayı 15 gün (demək olar ki, normadan iki dəfə artıq) olub, iki ongünlük yağıntının miqdarı isə aylıq normanın 110 faizini təşkil edib.
Gəncə-Qazax və Quba zonalarında 20 günün 15-də yağıntılar müşahidə edilib ki, bu da aylıq normanın 107 faizini təşkil edib. Balakən-Şəki zonasında 17 gün yağıntılı olmaqla, miqdarı aylıq normanın 166 faizini, Mərkəzi Aran zonasında 15 gün yağıntı olmaqla, miqdarı Tərtər rayonunda aylıq normanın 95 faizini, Beyləqan rayonunda isə 135 faizini təşkil edib.
Ölkənin dağlıq rayonlarında 11 gün ərzində qar müşahidə edilib ki, bunun da qalınlığı Ləzədə 25 sm, Qırızda 13 sm (Quba rayonu), Kişçayda (Şəki) və Daşkəsəndə 12 sm, Şahdağda 11 sm, Lerikdə 10 sm, Gədəbəy və Yardımlıda 9 sm olub".
"Ümumiyyətlə, göründüyü kimi, meteomüşahidələrin məlumatına görə, qış ayları yumşaq keçir. Lakin son onilliklərə nəzər salanda görürük ki, 2002-ci ilin dekabr ayı meteomüşahidə tarixinin ən soyuq ayı kimi qeydə alınıb.
Bu, Skandinaviyadan dəfələrlə güclü soyuq arktik hava kütləsinin  daxil olması ilə izah edilir. Həmin dövrdə hətta Bakıda havanın temperaturu 18 gün ərzində sıfır dərəcədən aşağı düşüb, qarın qalınlığı isə Abşeron yarımadasında yarım metrə qədər çatırdı.
Havanın temperaturu isə aylıq normadan 5,6 dərəcə aşağı düşmüşdü. Məlumat üçün qeyd edək ki, bir ildən sonra - 2003-cü ilin müvafiq dövründə əksinə hadisə baş verərək, havanın  temperaturu müsbət 23 dərəcəni göstərib. Belə anomal halların baş verməsi iqlim dəyişmələrinin təzahürü kimi qəbul edilməlidir.
Elə bu il Rusiyanın cənubunda, o cümlədən, Həştərxan vilayətində müşahidə olunan anomal şaxtalar nəticəsində Xəzər dənizinin şimal hissəsində əvvəlki illərdən fərqli olaraq, daha qalın buz qatları yaranıb.
Bu həftənin havasının ümumi tendensiyası ilə bağlı onu demək olar ki, qarşıdan gələn günlər də, əsasən, qeyri-stabilliyi ilə seçiləcək. Ölkə ərazisindən keçən atmosfer cəbhəsi ilə əlaqədar dekabrın 23-dən 26-dək bəzi yerlərdə intensiv yağıntı, dağlıq ərazilərdə isə qarın olması proqnozlaşdırılır.
Bu proses 24-25 dekabr tarixlərində şimal-qərb küləyinin saniyədə 15-20 metr, bəzi hallarda isə 23 metrədək güclənməsi ilə müşahidə olunacaq", - deyə xidmət rəisi əlavə edib. /oxu.az

Sosial       Tarix: 21 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bugun 2026 enson xeberler son xeberler az cəbhədən xəbər