Xəzər rayonunda 'Ağ ölümlə mübarizə' layihəsi təqdim edildi - FOTO

Xəzər rayonunda 'Ağ ölümlə mübarizə' layihəsi təqdim edildi - FOTOAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Narkotizmlə Mübarizə" İctimai Birliyi "Ağ ölüm"lə mübarizə" adlı layihə həyata keçirir. Layihə çərçivəsində narkomaniya bəlasından qorunmaq və bu bəlanın mənfi fəsadlarını özündə ehtiva edən "Göz yaşı" adlı sosial çarx çəkilib.
azxeber.com xəbər verir ki, növbəti maarifləndirici tədbirini 23 avqust 2024-cü ildə Bakı şəhəri, Xəzər rayon Gənclər evi sosial xidmət müəssisəsində  həyata keçirilib.
Narkorizmlə Mübarizə İctimai Birliyinin direktoru, layihənin kordinatoru Kənan Qubadzadə tədbirdə bildirib ki, "Layihənin müddəti 3 aydır və əsas məqsədi maarifləndirici tədbirlər, hazırladığı sosial çarxın sosial platformalar və media vasitəsi ilə cəmiyyəti "ağ ölüm"dən-narkomaniya bəlasından qorunması yönündə işlər görməkdir.
Layihə çərçivəsində hazırlanan Sosial çarx 5 dəqiqə ərzində həm səsli həmdə ssenari əsasında teatral hərəkətlərlə gəncləri, valideyinləri məsuliyyətli, narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır.
Sosial çarx mediada yayımlanacq, youtube-də və digər sosial şəbəkələrdə paylaşılacaqdır". Tədbirdə iştirak edən Gənclər evinin icraçı direktoru Gündüz Vəliyev, psixaloq Aynur Bünyatova və Elnarə Eyyubova çıxışlarında bildirdilər ki, narkomaniya ümumbəşəri bir problem olaraq günümüzə qədər gəlib çıxan ən böyük problemlərdən biridir. Bu mübarizə dövlət qurumları, hüquq mühafizə orqanları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən həyata keçirilir.
Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərini daha səmərəli qurmaq üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müvafiq qrant layihələri təqdim olunur. Bu baxımdan, deyə bilərik ki, narkomaniya ilə mübarizə dövlətin prioritet məsələsidir. Aparılan araşdırmalar isə onu deməyə əsas verir ki, atılan addımlara baxmayaraq bu gün problemdən əziyyət çəkənlərin sayı durmadan artır. Əsasən gənc nəsil arasında yayılan narkomaniya onların həyat və fəaliyyətinə ciddi təsir göstərir. Eyni zamanda, sağlamlıqlarında ciddi problem yaradır ki, bu da normal ailə modelinin inkişafına, sağlam gələcək nəsil yetişməsinə ciddi əngəllər törədir. Narkotizmlə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır. Bütün bu kimi halların qarşısını almaq üçün narkomaniyaya qarşı mübarizə sahəsində davamlı addımların atılması zərurətə çevrilib.
Tədbir ərəfəsində rayonda gənclər arasında narkomaniyaya qarşı mübarizə tədbirlərini və maarifləndirmə işinə dəstək verən Gənclər evinin icraçı direktoru Gündüz Vəliyevə və mərkəzin əməkdaşı Arzu Qarazadəyə təşəkkürnamələr təqdim edildi.
Xəzər rayonunda 'Ağ ölümlə mübarizə' layihəsi təqdim edildi - FOTOXəzər rayonunda 'Ağ ölümlə mübarizə' layihəsi təqdim edildi - FOTOXəzər rayonunda 'Ağ ölümlə mübarizə' layihəsi təqdim edildi - FOTOXəzər rayonunda 'Ağ ölümlə mübarizə' layihəsi təqdim edildi - FOTOXəzər rayonunda 'Ağ ölümlə mübarizə' layihəsi təqdim edildi - FOTOXəzər rayonunda 'Ağ ölümlə mübarizə' layihəsi təqdim edildi - FOTOXəzər rayonunda 'Ağ ölümlə mübarizə' layihəsi təqdim edildi - FOTO

Sosial       Tarix: 24 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxabar az kriminal xeber xəbər az kriminal