Xəzərdə körpə balıqları ovlayan şəxslər SAXLANILDI - VİDEO

Xəzərdə körpə balıqları ovlayan şəxslər SAXLANILDI - VİDEODaxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı xidməti ərazidə baş verən hüquqazidd əməlin qarşısı alınıb.
Bu barədə KONKRET.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, İdarəyə balıqovlama mövsümünün bağlı olmasına baxmayaraq Bakı Buxtası ərazisində balıqçılıqla məşğul olan şəxslər barədə məlumat daxil olub. Dərhal su polisləri tərəfindən qeyd edilən ünvana baxış keçirilib. Nəticədə Bakı Buxtasında xüsusi balıqovlama alətləri ilə balıq tutan Arif Həsənov və Elvin Həsənov saxlanılıblar. Onların mühərriklə təchiz edilmiş qayıqlarına baxış zamanı 161 ədəd müxtəlif növ körpə balıq və digər ləvazimatlar aşkar olunaraq götürülüb. Hər iki şəxs saxlanılaraq Su Nəqliyyatında Polis İdarəsinə gətiriliblər. Onlar barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb. Arif və Elvin Həsənovların qanunsuz balıq ovu zamanı istifadə etdikləri mühərrikli qayığın müvafiq sənədinin olub-olmamasının müəyyən edilməsi istiqamətində Su Nəqliyyatında Polis İdarəsində təhqiqat araşdırmaları aparılır. Profilaktik söhbət zamanı həmin şəxslərə balıqovlama mövsümünün bağlı olduğu, xüsusən də körpə balıqların ovlanmasının qadağan edildiyi barədə məlumat verilib.
Qeyd edək ki, həvəskar balıqçılıqla məşğul olan şəxslərə 5 kiloqramdan artıq balıq tutmaq qanunla qadağan edilib. Amma bəzi şəxslər həvəskar balıqçı adından sui-istifadə edərək su hövzələrində xüsusən körpə balıq ovu ilə məşğul olurlar. Daha sonra isə həmin şəxslər körpə balıqların müxtəlif restoranlarda və mağazalarda qanunsuz olaraq satışını təşkil edirlər. Bu isə qətiyyən yolverilməzdir və bəzi balıq növlərinin nəslinin kəsilməsi ilə nəticələnə bilər. Ona görə də nəsli kəsilmək təhlükəsi olan balıqların körpə halda satışı ilə məşğul olan və restoranlarda müştərilərə təklif edən şəxslərə bu sahədə diqqətli olmağı tövsiyə edirik. Əks halda su polisləri tərəfindən həmin şəxslər barəsində də qanunauyğun tədbir görüləcək.
Xatırladaq ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq balıqçılıqla məşğul olan, xüsusən də nərəcinsli balıqların ovlanmasını həyata keçirən, Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələri gətirməyə çalışan, eləcə də adı "Qırmızı Kitab"a düşən quşların ovlanması və digər ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir. İdarənin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır.
"Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", – məlumatda qeyd olunub.

Hadisə       Tarix: 23 iyun 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 cəbhədən ən son xəbər xeber son xeberler bugun 2026 muharibe