Xidmət rəsmisi: Sentyabrda havanın temperaturu iqlim normasından yüksək olub
2024-cü ilin sentyabr ayı ərzində havanın temperaturu əksər günlərdə iqlim normasından yüksək olub.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, sentyabr ayında Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu müsbət 23.9 dərəcə olub ki, bu da iqlim normasından 2 dərəcə yüksəkdir.
Ötən ay ərzində havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 2 sentyabr tarixində 35 dərəcə, bölgələr üzrə isə 2-3 sentyabr tarixlərində Aran rayonlarında 37 dərəcə, Naxçıvan MR-da 38 dərəcə isti müşahidə olunub.
"Sentyabr ayında ümumi olaraq bölgələr üzrə 20 gün yağıntılı keçib. Yağıntı əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olub. Ən çox yağıntı isə aylıq normanın 97 faizi olmaqla Balakən-Şəki bölgəsinə düşüb. Ölkə üzrə dolu düşməsi Qazax rayonunun 7 kəndində, Ağdam rayonunun Quzanlı kəndində, Xocavənd və Xocalı rayonlarında qeydə alınıb. Şahdağın yüksək dağlıq ərazilərində (3500 metr yüksəkliyə qədər) isə qar yağıb.
Xidmətin rəisi bildirib ki, sentyabr ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq narıncı və sarı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 6 gün, bölgələrdə isə 26 gün küləkli olub. Küləyin maksimal sürəti Abşeron yarımadasında 23 m/s, bölgələrdə isə 28 m/s-dək güclənib. / azxeber.com

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü