Evdə pul saxlayanlara xəbərdarlıq - Hər il itirirsiniz

Evdə pul saxlayanlara xəbərdarlıq - Hər il itirirsinizBəzi insanlar pullarını banka qoyaraq faiz gəliri əldə etməyə üstünlük versə də, bir çoxları yığımlarını evdə, öz yanında saxlamağa üstünlük verir. Nənə-babalarımızdan miras qalan bu vərdiş bu gün də aktuallığını qoruyur. İnsanlar bəzən bank faizindən imtina edərək pullarını evdə, hətta yastıq altında saxlamağı daha etibarlı hesab edirlər.
Bəs bu seçim nə dərəcədə doğrudur?
KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı "Yeni Sabah"a danışan İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı Ruslan Atakişiyev bildirib ki, azərbaycanlılar evlərində 10 milyard dollardan çox nağd pul saxlayırlar:
"Mərkəzi Bankın məlumatlarına görə, əhalinin əlində, yəni evlərdə saxlanılan nağd vəsaitin həcmi 10 milyard dollardan çoxdur. Halbuki insanlar pullarını banklarda yerləşdirsələr, orta hesabla illik 8-12 faiz gəlir əldə edə bilərlər. Digər tərəfdən, ölkədə illik inflyasiya səviyyəsi rəsmi olaraq 6 faizə yaxındır. Bu isə o deməkdir ki, vəsaitini banka yerləşdirən şəxs inflyasiyanı nəzərə aldıqdan sonra təxminən 2-6 faiz real gəlir əldə edə bilər. Pulu evdə saxlamaq isə onun dəyərdən düşməsinə, alıcılıq qabiliyyətinin azalmasına səbəb olur".
Onun sözlərinə görə, bəzi insanlar pullarını bankda saxlamaq əvəzinə mənzil alıb kirayə verməyə üstünlük verirlər, amma bunun da öz riskləri var:
"Bununla yanaşı, müəyyən qədər vəsaiti olan insanlar bank depozitlərindən daha çox mənzil almağa və həmin mənzilləri kirayəyə verməyə üstünlük verirlər. Lakin bu sahənin də öz riskləri var. Belə ki, kirayə mənzilin saxlanılması, təmiri və idarə olunması müəyyən xərclər tələb edir. Eyni zamanda, mənzilin uzun müddət kirayə verilməməsi və kirayəçilərlə bağlı problemlərin yaranması ehtimalı da mövcuddur".
R.Atakişiyev eyni zamanda, vətəndaşları maliyyə sahəsində fəaliyyət göstərən dələduzlara qarşı ehtiyatlı olmağa çağırıb:
"Hesab edirəm ki, vəsaiti olan insanlar pullarını müxtəlif istiqamətlər üzrə bölüşdürməlidirlər. Qiymətli kağızlar bazarına investisiya qoymaq, səhmlər almaq, müxtəlif şirkətlərdə pay sahibi olmaq və ya mal alışında iştirak etmək mümkündür. Məsələn, bir şəxsin 10 milyard manat vəsaiti varsa, onun 2-3 milyard manatını nağd şəkildə saxlamaqla, qalan hissəsini müxtəlif investisiya alətlərində yerləşdirməsi daha məqsədəuyğun ola bilər.
Bu istiqamətdə bir çox imkanlar mövcuddur. Əsas məsələ vəsaitin düzgün idarə olunmasıdır. Bunun üçün maliyyə mütəxəssislərinə və peşəkar məsləhətçilərə müraciət etmək olar. Təəssüf ki, bazarda əlində müəyyən qədər nağd vəsait olan insanları hədəf alan dələduzlara da rast gəlinir. Onlar müxtəlif vədlər verərək insanların pullarını ələ keçirməyə çalışırlar. Buna görə də maliyyə xidmətlərindən istifadə edərkən xüsusilə diqqətli olmaq lazımdır. Yalnız müvafiq dövlət qurumlarının icazəsi olan, rəsmi fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq etmək daha təhlükəsizdir. Hətta Mərkəzi Bankın rəsmi internet səhifəsində müvafiq lisenziyaya malik qurumların siyahısı da yerləşdirilir. İnsanlar əməkdaşlıq edəcəkləri şirkətləri əvvəlcədən araşdırmalı, müqavilə bağlamalı və qarşı tərəfdən bütün öhdəliklərin yazılı şəkildə göstərilməsini tələb etməlidirlər. Beləliklə, gələcəkdə hər hansı problem yaranarsa, hüquqlarını müdafiə etmək və müvafiq qurumlara şikayət etmək imkanları olar".

Sosial       Tarix: 12 noyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd

Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir

İtaliyanın ən zəngin və bahalı şəhərlərindən biri olan Milanda paradoksal vəziyyət yaranıb: insanlar işləyir, maaş alır, lakin ayın sonunda ən zəruri ehtiyaclarını belə qarşılamaqda çətinlik çəkirlər. Hətta bəzi işləyən sakinlə

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -a istinadən xəbər verir ki, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildə

Qubada ağır qəzada ölən gəncin fotosu

Quba rayonunun Tüləkəran kəndi ərazisində qeydə alınan ağır qəzada ölən 2003-cü il təvəllüdlü Fəqan Ədilovun fotosu yayılıb. Qeyd edək ki, hadisə zamanı "Lada Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsind

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Ağdamda sahəsi 14 500 kvadratmetr olan, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq. . xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatlarında deyib

Nigar Kərimova direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Qeyd edilib ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərin

Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR

 Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP rayon təşkilatının

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobillə digər avtomobil toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-c


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son vəziyyət bu gunun xeberleri haqqinda melumat valyuta mezennesi banklar kriminal bugun