XİN beynəlxalq hüququ pozduğuna görə Ermənistanın məsuliyyətə cəlb olunmasına çağırıb
"4 Aprel – Beynəlxalq Mina xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki minaların törətdiyi təhlükəni bir daha qeyd edirik".
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin "X" hesabındakı paylaşımında qeyd edilib.
Bildirilib ki, Azərbaycan ərazilərinin uzunmüddətli işğalı dövründə həmin ərazilərdə basdırılan minaların partlaması nəticəsində 2020-ci ildən ötən müddətdə 388 nəfər Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb.
Eyni zamanda, Nazirlikdən həmin ərazilərdəki minaların mülki vətəndaşların həyatına təhlükə və insanların öz evlərinə təhlükəsiz qayıdışına maneə yaratmaqda davam etdiyini vurğulanıb.
XİN öz paylaşımında beynəlxalq ictimaiyyəti Azərbaycanın minatəmizləmə sahəsində həyata keçirdiyi fəaliyyətə dəstək verilməsinə və beynəlxalq hüququ pozan Ermənistanın məsuliyyətə cəlb olunmasına çağırıb.
O da qeyd edilib ki, Azərbaycan öz xalqının minasız, təhlükəsiz və çiçəklənən gələcəyini təmin etməklə bağlı öhdəliyinə sadiq qalır.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir