XİN-də Azərbaycan-Çin münasibətlərinin ildönümü ilə bağlı tədbir keçirildi - FOTO

XİN-də Azərbaycan-Çin münasibətlərinin ildönümü ilə bağlı tədbir keçirildi - FOTO1 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib. 
KONKRET.az xəbər verir ki, tədbirdə AR XİN rəhbər heyəti, Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi və əməkdaşları, Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun rəhbərliyi və nümayəndələri, habelə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak edib.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov iki ölkə arasında diplomatik əlaqələrin əsasının qoyulmasından etibarən münasibətlərimizin qarşılıqlı hörmətə, etimada, dostluğa əsaslanaraq xalqlarımızın mənafelərinə uyğun şəkildə inkişaf etdiyini bildirib. Nazir müavini, iki ölkə arasında yalnız ikitərəfli münasibətlər kontekstində deyil, eyni zamanda çoxtərəfli platformalarda da səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edib. Azərbaycan və Çin arasında yüksələn xətt üzrə inkişaf edən iqtisadi əlaqələrinin olduğunu vurğulayan E. Məmmədov, Çin şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində investisiya layihələrində iştirakının iqtisadi əməkdaşlığın daha da inkişafı üçün əsas meyar olacağını ifadə edib.
Daha sonra çıxış edən Çinin Azərbaycandakı səfiri xanım Qo Min diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq ölkələrimizin hər zaman qarşılıqlı şəkildə bir-birilərini dəstəklədiyini, bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirib. Səfir, Çin və Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, rabitə, təhsil, mədəniyyət, incəsənət sahələrində əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edərək, iki ölkənin "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində də səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. Qo Min, həmçinin iki ölkənin qlobal COVID-19 pandemiyası dövründə də bir-birilərinə qarşılıqlı yardım və dəstək göstərməsinin ölkələrimiz arasındakı dostluğun bariz nümunəsi olduğunu bildirib.
Tədbirin sonunda iştirakçılar Azərbaycan və Çin arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Siyasi       Tarix: 01 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler en yeni xeberler cəbhədən canlı maraqlı xəbərlər