XİN-dən RİA-nın təxribatına REAKSİYA
Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanın Rusiyanın "RİA-Novosti" agentliyinə müsahibəsinin şərh edilməsi ilə bağlı suala cavabında deyib.
"Dövlət agentliyinin bu addımı, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin "BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək", habelə "separatçılıq təhdidlərinə qarşı mübarizə"müddəaları ilə ziddiyyət təşkil edir.
RİA-Novosti agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması, həmçinin Rusiya Federasiyasının post-münaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır", – deyə L.Abdullayeva bildirib.

Pensiya ilə bağlı vətəndaşları maraqlandıran məsələyə CAVAB
13 həftə, 13 avtomobil lotereyasında iyun ayının qalibləri bəllidir
Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır
Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO
"Bank Respublika" "Finnfund"dan 15 milyon avro cəlb edib
Bakı neftinin qiyməti 82 dolları ötdü
Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı - FOTOLAR
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İspaniya Belçikaya qarşı
İsmayıllıda avtomobil ayını vuraraq öldürüb
Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı
198 min litr pivəni qeydiyyatsız istehsal etdilər - FOTOLAR
Sabunçuda obyektdən 4 min manatlıq noutbuk oğurlanıb
Pakistan və Qətər hərəkətə keçdi: ABŞ-la İranı
Narkotikin məhv etdiyi ailə: Oğulun bezib evdən gedən anasına qarşı DƏHŞƏTLİ ƏMƏLİ – TƏFƏRRÜAT