XİN: "Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin işğalı müvəqqətidir

XİN: "Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin işğalı müvəqqətidirXİN: "Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin işğalı müvəqqətidir"
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kəlbəcər rayonunun işğalının ildönümü ilə əlaqədar bəyanat yayıb.
XİN-in Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, bəyanatda deyilir:
"1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin xaricində yerləşən Kəlbəcərin işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib. İşğal zamanı Ermənistanın ağır artilleriyası, Mi-24 helikopterləri və hərbi təyyarələri istifadə edilib.
İşğal nəticəsində 60.000-ə qədər Kəlbəcər sakini etnik təmizləməyə məruz qalaraq, öz doğma torpaqlarından didərgin salınıb, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Hazırda sayı 70.000-i ötən Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşayır.
Erməni işğalı Kəlbəcərin qədim və zəngin maddi-mədəni irsini məhv edib, bölgədə yerləşən və Azərbaycanın qədim alban-xristian irsinə aid olan monastırların orijinal memarlıq xüsusiyyətləri dəyişdirilərək erməniləşdirilib.
Kəlbəcərin təbii ehtiyatları və faydalı qazıntıları qanunsuz istismar olunur.
Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində qanunsuz məskunlaşdırma aparılır və demoqrafik tərkib dəyişdirilir.
BMT-nin Təhlükəsizlik Şurası (TŞ) 1993-cü ilin 30 aprel tarixində Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul edib. Qətnamədə BMT TŞ ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbuledilməz olduğunu vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb etdi. Bu qətnamənin qəbulundan sonra ATƏT-in Minsk qrupu Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün "təcili tədbirlər haqqında vaxt cədvəli" hazırladı. Lakin Ermənistan bu günədək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə əməl etmir.
2016-cı il 2 aprel tarixində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyət gərginləşdi. Ermənistan silahlı qüvvələri təmas xətti boyunca sıx yaşayan mülki əhalini ağır silahlardan atəşə tutdu. Bu, bir daha göstərdi ki, təcavüzkar ölkənin Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regionda sülh və təhlükəsizlik üçün başlıca təhdiddir. Ermənistanın hücumlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlə tədbirləri nəticəsində mülki Azərbaycan əhalisinin təhlükəsizliyi təmin edildi və strateji əhəmiyyət daşıyan Azərbaycan əraziləri işğaldan azad edildi.
Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı müvəqqəti xarakter daşıyır. Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən bütün qanunsuz fəaliyyətlərə görə, məsuliyyəti Ermənistan Respublikası daşıyır və əvvəl-axır işğalçı ölkə bu qanunsuz əməllərinə görə cavab verəcək.
Ermənistan tərəfi təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, beynəlxalq öhdəliklərinə, habelə Azərbaycan ərazilərinin işğaldan azad olunmasını tələb edən BMT qətnamələrinə və digər beynəlxalq təşkilatların qərarlarına əməl etməlidir.
Davamlı sülhə nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir".

Siyasi       Tarix: 03 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə


azerbaycan xeberleri yeni xeberler son xeberler bugun xeberler xabar az son xeber az kriminal bugun