XİN: Ermənistan rəhbərinin təbriki riyakarlığın ən yüksək səviyyəsidir

XİN: Ermənistan rəhbərinin təbriki riyakarlığın ən yüksək səviyyəsidirXİN: Ermənistan rəhbərinin təbriki riyakarlığın ən yüksək səviyyəsidir
"Ermənistanda yaşayan yüz minlərlə müsəlman əhalini əzəli torpaqlarından məcburi sürgün edən, Azərbaycanın torpaqlarını işğal edib bu ərazidəki azərbaycanlı əhalini etnik təmizləməyə məruz qoyan, müsəlman mülki əhaliyə qarşı Xocalı qətliamı kimi insanlıq əleyhinə cinayətlər törədən, işğal etdiyi torpaqlardakı İslam dini abidələrini, ibadət yerlərini talan və təhqir edən bir ölkənin rəhbərinin müqəddəs Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin rəhbərlərinə təbrik ünvanlaması təcavüzkar Ermənistanın rəhbərinin İslam dininə qarşı nümayiş etdirdiyi riyakarlığın ən yüksək səviyyəsidir".
Bu sözləri Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş nazirinin Ramazan bayramı münasibətilə bəzi müsəlman ölkələrinin rəhbərlərinə təbrik ünvanlamasını şərh edərkən deyib.
"Ermənistan baş naziri həqiqətən də İslam dininə və dəyərlərinə hörmət nümayiş etdirsəydi, ilk növbədə fundamental hüquqları pozulmuş, öz evlərindən didərgin salınmış yüz minlərlə müsəlman azərbaycanlının haqqlarının bərpa olunması istiqamətində addım atardı. Nikol Paşinyanın nümayiş etdirdiyi təxribatçı fəaliyyəti isə onun bu yanaşmadan tam uzaq olduğunu göstərir.
Ermənistan baş nazirinin təbrik ünvanladığı ölkələrin hər il, ardıcıl olaraq İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə qəbul etdiyi qətnamələri işğalçı ölkəyə xatırladırıq. Ermənistan rəhbərliyi İslam dünyası və müsəlman əhalisinə sözdə hörmətini, saxta müraciətləri ilə deyil, elə həmin müsəlman ölkələrin qəbul etdiyi qətnamələrin tələblərini yerinə yetirməklə nümayiş etdirməlidir", - deyə o bildirib. /oxu.az

Siyasi       Tarix: 24 may 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 azerbaycan şou biznes xəbərləri son xeberler bugun cəbhədən son dəqiqə