XİN: 'Ermənistanın mina istehsal etmədiyi və basdırmadığı barədə hesabatları yalandır
"Ermənistan tərəfinin Azərbaycana qarşı son 30 ildə törətdiyi mina təhdidləri məsələsindən boyun qaçırması və öhdəliyi öz üzərindən atması təəssüf doğurur".
azxeber.com xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın "Azadlıq" radiosunun sualına cavabında səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.
Bildirilib ki, Ermənistan mina istehsal etmədiyi və basdırmadığı barədə beynəlxalq təşkilatlara açıqladığı hesabatlar yalan üzərində qurulub. Qeyd olunub ki, bu Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələr zamanı da öz təsdiqini tapıb.
"Eyni zamanda, mina məsələsində mahiyyət üzrə qərarın sonrakı dövrə saxlanılması barədə Məhkəmənin qərarının Məhkəmənin məsələni rədd etməsi kimi qələmə verilməsi tamamilə yanlışdır. Bu müvəqqəti qərar Ermənistanın Azərbaycan ərazilərində minalar və mina tələləri yerləşdirilməsi, Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərinə 2021-ci il istehsalı minaların daşıması, və minalanmış ərazilər barədə həqiqi xəritələrin təqdim edilməməsi kimi öhdəliklərin pozuntularından azad etmədiyi bəllidir", - XİN-dən bildirilib.
Turlar.az [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı