XİN Gənclər Sammiti ilə bağlı məlumat yaydı

XİN Gənclər Sammiti ilə bağlı məlumat yaydıBakı şəhərində Qoşulmama Hərəkatına üzv olan ölkələrdən olan Gənclərin Sammiti öz işinə başlayıb.
XİN-dən KONKRET.az-a verilən məlumata görə, Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndəsinin iştirak etdiyi Sammitin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov qonaqları salamlayıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakçılara ünvanlanmış müraciətini səsləndirib.
Ölkə başçısının müraciətində bildirilib ki, Azərbaycanda gənclər siyasətinə müstəsna əhəmiyyət verilir və hazırda ölkəmizdə keçirilməkdə olan bu tədbir Hərəkat ölkələrinin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəkdir. Prezidentin müraciətində, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinə diqqət çəkilib və qeyd olunub ki, Hərəkata üzv ölkələrin yekdil qərarı ilə ölkəmizin QH-yə sədrliyinin bir il daha – 2023-cü ilin sonunadək uzadılması Sədrliyimizin müvəffəqiyyətlə həyata keçirildiyinin və üzv dövlətlərin Azərbaycana etimadının bariz nümunəsidir.
Daha sonra BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahidin sammit iştirakçılarına videomüraciəti nümayiş edilib. Həmin videomüraciətdə Abdulla Şahid QH Gənclərinin Sammitini təşkil etdiyi üçün Azərbaycan sədrliyinə minnətdarlıq ifadə edib, xüsusən post-pandemiya dövründə gənclərin rolunun vurğulanmasının təqdirəlayiq hal olduğunu qeyd edib.
Açılış mərasimində, həmçinin Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin hazırkı sədri Orduxan Qəhrəmanzadə çıxış edib, ötən ilin noyabr ayında yaradılmış Şəbəkənin ötən müddət ərzində gördüyü işlər və gələcək planlardan bəhs edib.
Açılış sessiyasında Sammitin iştirakçıları və QH Gənclər Şəbəkəsinin üzvlərindən əlavə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin müvafiq nümayəndələri, Milli Məclisin deputatları, QH-yə üzv ölkələrin Azərbaycan Respublikasında akkreditə olunmuş səfirləri, Azərbaycan Respublikasında fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri, media nümayəndələri və sairə qonaqlar iştirak edib.
Daha sonra tədbirin proqramına uyğun olaraq Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri milli qismdə çıxışlar səsləndirib, yekun sənədləri müzakirə ediblər.
İyulun 29-dək davam edəcək Sammitin müxtəlif seqmentləri çərçivəsində iştirakçılar tədbirin yekun sənədlərini müzakirə edəcək, QH Modeli Simulyasiya məşğələsi, eləcə də təşkilatların effektiv idarə edilməsi barədə təlim sessiyasında iştirak edəcək, müxtəlif rəsmilərin iştirakı ilə panel müzakirələrə qatılacaq, təqdimatlar keçirəcəklər.

Siyasi       Tarix: 25 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər krminal bu gun bugünkü son xəbərlər novruz bayramı