XİN: 'Niderland xarici işlər nazirinin səsləndirdiyi fikirlər qəbuledilməzdir

XİN: 'Niderland xarici işlər nazirinin səsləndirdiyi fikirlər qəbuledilməzdirNiderland Krallığının xarici işlər naziri Hanke Bruins Slotun sözügedən açıqlamasında ölkəmizə qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir.
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığının xarici işlər naziri Hanke Bruins Slotun parlamentdə səsləndirdiyi fikirlər ilə əlaqədar deyib.
"Təəssüf ki, növbəti dəfə Niderland rəsmisi parlament nümayəndələrinin sorğusuna cavab olaraq ittihamedici açıqlama verərək, Azərbaycan tərəfinin bəyanatlarını açıq-aşkar təhrif edib. Bu ilk dəfə deyil ki, Avropa ölkələrinin rəsmiləri tərəfindən belə məsuliyyətsiz fikirlər səsləndirilir. Bu açıqlamalar, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri olmaqla yanaşı, bölgəmizdə post-münaqişə reallıqlarına qərəzli yanaşmanın nümunələridir", - o bildirib.
A.Hacızadə qeyd edib ki, bu kimi bəyanatlar, eləcə də Azərbaycana qarşı sanksiya tətbiq edilməsi barədə hədələyici fikirlər ikitərəfli münasibətlərə və Azərbaycan-Avropa İttifaqı əlaqələrinə zərbədir:
"Niderland xarici işlər nazirinin ölkəmizə səfər niyyətinə gəldikdə qeyd edək ki, belə bir səfərin Azərbaycan tərəfindən təxirə salındığı məlumdur. Azərbaycan tərəfi, səfər zamanı Azərbaycan-Ermənistan normallaşma prosesinin və ya Azərbaycanın daxili məsələlərinin deyil, yalnız ikitərəfli münasibətləri müzakirə etmək niyyətinin olduğunu qarşı tərəfə bildirib. Niderland tərəfini bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilik törədən bu kimi bəyanatlara son qoymağa çağırırıq".
Qeyd edək ki, Niderland xarici işlər naziri Hanke Bruins Slot ölkə parlamentinin Xarici İşlər Komitəsinin iclasında son dövrlərdə Azərbaycan tərəfindən verilən ictimai bəyanatların narahatlıq doğurduğunu bildirib, Azərbaycanı sanksiya ilə hədələyərək, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə bir sıra neqativ fikirlər səsləndirib.

Siyasi       Tarix: 28 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Türk düşmənləri Trampa qarşı birləşdi: "Ərdoğanı silahlandırma..."

ABŞ Konqresində Prezident Donald Tramp administrasiyasının Türkiyəyə qırıcı təyyarələr üçün mühərrik satışı və Ankaranın yenidən F-35 qırıcı proqramına qaytarılması ilə bağlı qərarını əngəlləməyə çalışacaqlar. xəbər veri

Xameneinin müşaviri sərt danışdı: "Cavab veriləcək!"

"ABŞ İranla münaqişənin həlli ilə bağlı imzalanmış memorandumun iki bəndini pozub və Tehran hər bir pozuntuya cavab verəcək". xəbər verir ki, bunu İranın Ali Rəhbəri Müctəba Xameneinin hərbi müşaviri Möhsün Rzay

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏTPİ) Konfransının 20-ci sessiyasının iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, Prezidentin müraciətini Milli Məclisi

XİN Sloveniyanı təbrik etdi – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Sloveniyanı Milli Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesablarında paylaşım edilib. "Sloveniya və onun xalqını Milli Gün münasibətil

Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək

Sabah Azərbaycandan Ermənistana ümumi miqdarı 971.392 ton olan 18 vaqon A-92 markalı avtomobil benzini və 466.515 ton olan 8 vaqon dizel yanacağı göndəriləcək. Bu barədə -a "Azərbaycan Dəmir Yolları" QSC-dən məluma

Venesuela XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ölkəsində baş vermiş zəlzələ ilə bağlı həmrəyliyə görə Azərbaycana təşəkkür edib. xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb. "Venesuela hökuməti Azərbayca

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen 1 iyulda Azərbaycana gələcək. "Report"a istinadən xəbər verir ki, bu barədə "AnewZ" telekanalı xəbər verir. Məlumata əsasən, bu səfər Avropa Komissiyas

Ermənistan parlamentinin yeni sədri o olacaq

Ermənistan parlamentinin spikeri vəzifəsinə rəsmi namizəd müəyyənləşib. xəbər verir ki, baş nazir Nikol Paşinyan iyunun 25-də "Mülki müqavilə" partiyasının idarə heyətinin iclasından sonra jurnalistlərə açıqlamasınd

Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalterl


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber xeberler son xəbərlər bugün 2026 cebheden xeber