XİN rəhbəri: Azərbaycan və ABŞ Strateji Əməkdaşlıq Xartiyasının mətnini yekunlaşdırmağa yaxındır

XİN rəhbəri: Azərbaycan və ABŞ Strateji Əməkdaşlıq Xartiyasının mətnini yekunlaşdırmağa yaxındırAzərbaycan və ABŞ Strateji Əməkdaşlıq Xartiyasının mətnini yekunlaşdırmağa yaxındır.
azxeber.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yekun mətbuat konfransında bildirib.
XİN başçısı vurğulayıb ki, bu il ərzində Bakı ilə Vaşinqton arasında çox ciddi işlər aparılıb.
"Avqustun 8-də iki prezident tərəfindən imzalanan Anlaşma Memorandumu çox konkret məqsədləri olan işçi qrupun yaradılmasını müəyyən edirdi. Bu işçi qrup Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması ilə bağlıdır. Orada bu sənədin əhatə etməli olduğu istiqamətlər çox dəqiq müəyyən edilib. Bunlar investisiyalar, iqtisadiyyat, enerji, nəqliyyat, süni intellekt, rəqəmsallaşma, təhlükəsizlik və müdafiə məsələləridir", - o bildirib.
Nazirin sözlərinə görə, sənədin hazırlanması üçün altı ay vaxt ayrılıb.
"Bütün bu aylar ərzində çox intensiv iş aparılıb. Müəyyən istiqamətlər və mövzular üzrə çoxsaylı ikitərəfli görüşlər keçirilib. ABŞ missiyaları Bakıya gəlib. Bizim nümayəndə heyətlərimiz də ABŞ-yə səfər edərək görüşlər keçirib. Dekabrın 19-da onlayn formatda keçirilmiş görüşdə bütün işçi qruplar, Xarici İşlər Nazirliyi və Dövlət Departamentindən məsul həmkarlar mətni nəzərdən keçirdilər. Hesab edirəm ki, biz yekun mətnə yaxınıq və iki ölkə arasında çox ümidverici və fikrimizcə, qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyacaq razılaşdırılmış sənəd layihəsini rəhbərlərimizə təqdim etmək üçün ayrılmış müddətdən kənara çıxmayacağıq", - C.Bayramov qeyd edib.

Siyasi       Tarix: 29 dekabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi sou xeberler bugun son xeber az son xeberler bugun 2026 azerbaycan