XİN rəhbəri britaniyalı nazirlə regional təhlükəsizlik məsələsini müzakirə etdi
Xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Kris Hiton-Harris ilə telefon danışığı baş tutub.
KONKRET.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında çoxtərəfli əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı ətrafında fikir mübadiləsi aparıblar.
Regional təhlükəsizlik məsələləri, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər tərəflərin müzakirə mövzusunu təşkil edib.
Cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağına istinad edən Nazirlər, bu münasibətlə birgə tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.
Tərəflər, həmçinin bu xüsusda qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Telefon danışığı zamanı, Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi və sədrlik prioritetlərinin həyata keçirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var
Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA