XİN rəhbəri özbəkistanlı həmkarı ilə görüşdü
MDB Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikası xarici işlər naziri v.i.e Vladimir Norov ilə görüşüb.
Bu barədə KONKRET.az-a Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlər, iki ölkə arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafını razılıqla qeyd ediblər. Ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə, o cümlədən iqtisadi, ticarət, humanitar, mədəni və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində addımların atıldığı bildirilib və əlaqələrin daha da inkişafı perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
Nazir Vladimir Norov Özbəkistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verdiyini vurğulayıb. O, qarşılıqlı səfərlərin və təmasların ikitərəfli əlaqələrin inkişafına verdiyi müsbət töhfəni qeyd edib. Həmçinin elm və təhsil sahəsində əməkdaşlığı qeyd edən Vladimir Norov, Özbəkistanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin sevə-sevə oxunduğunu, Azərbaycanda isə dahi özbək şairi Əlişir Nəvainin orta məktəblərdə tədris edildiyini məmnunluqla vurğulayıb.
Ceyhun Bayramov iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını, habelə yüksək səviyyədə siyasi dialoqun mövcud olduğunu qeyd edib. O, Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə verdiyi davamlı dəstəyə görə təşəkkürünü ifadə edib.
Nazir həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, bərpa və quruculuq işləri, sülh quruculuğu istiqamətində atılan addımlar ilə bağlı məlumatlandırıb. O, bölgədəki bütün kommunikasiyaların açılmasının həm bölgə ölkələri, həm də yaxın bölgələr üçün əhəmiyyətindən bəhs edib, xüsusilə də Zəngəzur dəhlizinin Mərkəzi Asiya ölkələri üçün faydasını qarşı tərəfin diqqətinə çatdırıb.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
İran nüvə silahına sahib ola bilməz
Azərbaycanda Anım Günüdür
Tovuzda yolu keçmək istəyən iki məktəblini avtomobil vurdu
Elnarə Abdullayeva nənə olacaq
İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb
Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə
Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test