XİN vətəndaşlara xəbərdarlıq etdi

XİN vətəndaşlara xəbərdarlıq etdi XİN vətəndaşlara xəbərdarlıq etdi
Dünyada COVİD-19 infeksiyasının geniş yayıldığını və qlobal müstəvidə bu xüsusda təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini, o cümlədən bəzi ölkələrdə fövqəladə vəziyyətin elan olunduğunu diqqətə alaraq, Azərbaycan vətəndaşlarından xarici səfərlərdən çəkinmələrini və yalnız ciddi zərurət olduğu halda bu səfərləri həyata keçirmələrini ciddi şəkildə tövsiyə edirik. 
Oxu.Az xəbər verir ki, bunu vətəndaşlara müraciətində XİN mətbuat xidməti deyib. 
Rəsmi sayt vasitəsilə yayılmış müraciətdə bildirilib ki, vətəndaşlarımızdan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu xüsusda yaydığı məlumatları ilə tanış olmalarını və ÜST-ün yeni koronavirustan qorunmaq üçün tövsiyələrinə əməl etmələrini xahiş edirik. 
Hazırda Azərbaycan hökuməti tərəfindən COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ciddi tədbirlər görülür və istər Azərbaycan, istərsə də xarici ölkələrdəki bütün vətəndaşlarımızın sağlamlığının təmin edilməsi məqsədilə görülən bu tədbirlər barədə məlumatlar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən mütəmadi şəkildə yayılır. 
Xarici ölkələrdəki vətəndaşlarmızdan hazırda olduqları ölkələrin COVİD-19 virusu ilə əlaqədar müəyyən etdikləri karantin qaydalarına riayət etmələri, bu ölkələrdəki Azərbaycan Respublikasının Səfirlik və Konsulluqlarının yaydığı məlumatları izləmələrini və üzləşdikləri hər hansı problemlə bağlı diplomatik nümayəndəliklərimiz ilə əlaqə saxlamalarını xahiş edirik. Diplomatik nümayəndəliklərimiz tərəfindən bu xüsusda qaynar xəttlər fəaliyyət göstərir. Vətəndaşlarımız, həmçinin müraciətlərini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin [email protected] elektron ünvanına göndərə bilər. 
Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün konsulluq qeydiyyatına durmaları tövsiyə olunur. 
COVİD-19 infeksiyasının yayılma təhlükəsi ilə əlaqədar, Azərbaycan Respublikasının bəzi ölkələr ilə hava və quru yolları ilə qarşılıqlı səfərləri müvəqqəti olaraq dayandırılmışdır. Bu xüsusda, xarici ölkələrdəki və Azərbaycana geri qayıtmaq istəyən vətəndaşlarımızın ölkəyə geri qayıtmaq mexanizmləri barədə məlumatlar əlavə olaraq vətəndaşlarımızın diqqətinə çatdırılacaqdır. COVİD-19 infeksiyasının yayıldığı ölkələrdən geri qayıdan vətəndaşlarımız müayinədən keçiriləcəklər və zərurət yarandığı halda, 14-28 günlük karantin rejimində saxlanılacaqlar. 
Üzləşdiyimiz çətinliklər müvəqqəti xarakter daşıyır və onların öhdəsindən gəlmək üçün hər birimizin səfərbər olması və müəyyən olunan qaydalara əməl etməsi zəruridir. 

Siyasi       Tarix: 16 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 sonxeber az son xeberler bugun 2026 canli valyuta məzənnələri