Xınalıqda qonaq evlərinə dəstək məqsədilə vətəndaşlara avadanlıqlar verilib
Xınalıqda qonaq evlərinə dəstək məqsədilə vətəndaşlara avadanlıqlar verilib
Qubanın Xınalıq kəndində turistlərə qonaq evi istiqamətində xidmət göstərən 16 sahibkara su qızdırıcısı, soba və qaz plitəsi təqdim olunub.
Oxu.Az-ın məlumatına görə, bu, Azərbaycan Dövlət Turizm Agentliyi ilə BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi "Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək" layihəsi çərçivəsində həyata keçirilib.
Avadanlıqlar qonaq evlərinə dəstək məqsədilə verilib.
Qeyd edək ki, sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında "Xınalıq və Köç yolu mədəni landşaftı" UNESCO-nun Ümumdünya irs siyahısında daxil edilməsinə dair qərar qəbul edilib.
Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Dövlət Turizm Agentliyinin tabeliyində "Xınalıq və Köç yolu" Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Yeni qoruq ərazisi Xınalıq kəndini və altı rayonun ərazisindən keçən, 200 km-dən çox uzunluğu olan Köç yolunu əhatə edir.
İlhamə Əbülfət
Xidmetler [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi