Xırdalanda şəhərində Həştərxan vilayətinin qubernatoru ilə görüş keçirildi

Xırdalanda şəhərində Həştərxan vilayətinin qubernatoru ilə görüş keçirildiAbşeron Rayon İcra Hakimiyyətində Həştərxan vilayətinin qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdən əvvəl Abşeron RİH başçısı Abdin Fərzəliyev, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin və onun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə tər güllər düzmüşlər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə tər çiçəklər qoyulmuşdur.
Dünya şöhrətli müğənni, xalq artisti Müslüm Moqamayevin də xatirəsi anılaraq abidəsi önünə çiçəklər düzülmüşdür.
Daha sonra iştirakçılar Xırdalan şəhərinə gələrək burada 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olan həmvətənlərimizin əziz xatirəsinə ucaldılan abidəni ziyarət etmiş və xatirələrini ehtiramla yad etmişlər. 
RİH binasında baş tutan işgüzar görüşdə Abdin Fərzəliyəv qonaqları Xırdalan şəhərində salamlamaqdan məmnunluğunu ifadə edərək Abşeron rayonu, onun tarixi, memarlığı, yerləşdiyi coğrafi mövqeyi, təbii sərvətləri, turizm və iqisadi imkanları barəsində ətraflı məlumat vermişdir. Həştərxanlı investorları Abşerona dəvət edən Abdin Fərzəliyev onlar üçün lazimi imkanların yaradılacağını qeyd etmiş, rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq obyektləri və onların istehsal etdiyi məhsullar haqqında danışmışdır. 
Abşeronla Həştərxan vilayəti arasında əlaqələrin daha da genişləndirilməsi üçün potensialın olduğunu vurğulayan RİH başçısı rayon ərazisində yeni-yeni iş yerlərinin açıldığını və sahibkarlığın, eləcə də investisiya mühitinin inkişaf etdirildiyini qonaqların diqqətinə çatdırmışdır. 
Öz növbəsində İqor Babuşkin göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək Abşeron rayonu ilə Həştərxan vilayəti arasında çoxlu ortaq cəhədlərin olduğunu və əməkdaşlıq üçün böyük imkanların mövcudluğunu qeyd etmişdir. İqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində yeni üfüqlərin açıldığını qeyd edən İqor Babuşkin Abşeron rayonunda  istehsal olunan məhsulların Həştərxan vilayətində, eləcə də oranın məhsullarının Xırdalan şəhərində satış mərkəzlərinin yaradılmasının məqsədəuyğun olduğunu  bildirmişdir. 
Abdin Fərzəliyevi Həştərxan vilayətində işgüzar səfərə dəvət edən İqor Babuşkin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, ölkələrimizin səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirmişdir.
Xırdalanda şəhərində Həştərxan vilayətinin qubernatoru ilə görüş keçirildiXırdalanda şəhərində Həştərxan vilayətinin qubernatoru ilə görüş keçirildiXırdalanda şəhərində Həştərxan vilayətinin qubernatoru ilə görüş keçirildiXırdalanda şəhərində Həştərxan vilayətinin qubernatoru ilə görüş keçirildiXırdalanda şəhərində Həştərxan vilayətinin qubernatoru ilə görüş keçirildiXırdalanda şəhərində Həştərxan vilayətinin qubernatoru ilə görüş keçirildi

Sosial       Tarix: 27 aprel 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər.com cəbhədən son xəbərlər 2026 en son xeberler bu gun novruz bayramı