Xocalı prospektində hərəkət yenidən təşkil edildi - Sürücülərin nəzərinə
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yol hərəkətinin təkmilləşdirilməsi, sıxlığın aradan qaldırılması məqsədilə Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilib.
azxeber.com xəbər verir ki, kəsişmədə arakəsmə ləğv edilərək nizamlanan yolayrıcı yaradılıb. Bununla da Xocalı prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin kəsişmədən birbaşa sola hərəkəti təmin olunub.
Dəyişikliklər nəticəsində nəqliyyat vasitələrinin, həmçinin marşrut avtobuslarının izafi yürüşü 1300 metr qısalıb. 8 marşrut üzrə (4, 10, 21, 30, 32, 46, 49 və 120 nömrəli) 140-dan artıq avtobusun hərəkət sxemi dəyişdirilib.
Ətraflı
Ərazidə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən işıqforlar quraşdırılıb. Piyadaların əlçatanlığı və təhlükəsizliyinin təmin edilməsi üçün işıqforların qarşısında nizamlanan eynisəviyyəli piyada keçidləri təşkil olunub.
Beləliklə, Yusif Səfərov küçəsindəki geriyədönmə yerinin nəqliyyat yükünün 950 avt/saat azalacağı proqnozlaşdırılır. Həyata keçirilən dəyişikliklər nəqliyyat vasitələrinin hərəkət trayektoriyasının və səyahət müddətinin qısalmasına, sərnişindaşıma xidmətlərinin səmərəliliyi və keyfiyyətinin artırılmasına, atomosferə atılan karbon qazının səviyyəsi ilə yanaşı, yanacaq sərfiyyatının azalmasına şərait yaradacaq.
Qeyd edək ki, əvvəllər Xocalı prospektindən 28 May və Üzeyir Hacıbəyli küçələri ilə şəhər istiqamətinə yönəlmək istəyən nəqliyyat vasitələri Yusif Səfərov küçəsi ilə kəsişmədən sağa dönərək tunelin yaxınlığındakı geriyədönmə yerindən istifadə edirdilər. Bu isə həm Yusif Səfərov küçəsinin həmin aralıqda qalan hissəsində, həm də mövcud geriyədönmə yerində nəqliyyat yükünün və sıxlığın artmasına səbəb olurdu. Kəsişmədə infrastruktur olmadığından piyadalar yolu müəyyən edilməyən yerlərdən keçmək məcburiyyətində qalırdılar.


Kurslar.az kurslar [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat