Xocalı soyqırımını törədənlər Ədalət Məhkəməsində cavab verməlidir

Xocalı soyqırımını törədənlər Ədalət Məhkəməsində cavab verməlidir Xocalı soyqırımını törədənlər Ədalət Məhkəməsində cavab verməlidir
Ötən il Vətən müharibəsi başlayan ərəfədə Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri artilleriya qurğuları və digər silahlardan atəşə tutması nəticəsində mülki əhali, o cümlədən qadın və uşaqlar qətlə yetirilib, yaralanıb, həmçinin bir çox evə və mülki obyektə ciddi ziyan dəyib.
Ermənistan silahlı birləşmələrinin ölkəmizin dinc əhalisinə növbəti dəfə raketlərlə atəş açması onların çirkin niyyətlərindən heç zaman əl çəkməyəcəklərinin bariz nümunəsi idi. Bu vəhşiliklər istər-istəməz Xocalı soyqırımını xatırladır. Müharibənin sonrakı gedişi hər kəsə bəllidir və düşmən darmadağın edilərək torpaqlarımızdan qovuldu. 
Dünyada belə iyrənc, qəddar, vəhşi hərəkətləri yalnız ermənilər edə bilər. Lakin bu vəhşilikləri etmələrinə baxmayaraq, onlar beynəlxalq təşkilatlar tərəfindən hələ də cəzasız qalıblar. Nəhayət, onların burnu ovuldu, başları əzildi, qısaca desək, dərsləri verildi. Çətin ki, bir də özlərinə gələ bilələr.
Ölkə başçısı İlham Əliyev hələ Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyirdi: 
"Azərbaycan dövləti erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq soyqırımı kimi tanıdılması istiqamətində iyirmi ilə yaxındır ki, məqsədyönlü və sistemli iş aparır. Son illərdə "Xocalıya ədalət" beynəlxalq kompaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə hakimiyyət strukturları ilə birgə səmərəli fəaliyyət göstərirlər. Artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır". 
İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı "İnsanlığa qarşı törədilmiş kütləvi cinayət" hadisəsi kimi tanıyıb və üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırıb. Pakistan və Meksikanın parlamentlərində bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamə qəbul edilib. Sonrakı illərdə ABŞ-ın 20-yə yaxın ştatı və digər ölkələr, eləcə də beynəlxalq təşkilatlar da belə bir addım atıb. Onu da vurğulamaq lazımdır ki, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu məsələdə xidmətləri kifayət qədər böyükdür. Fond bu günədək bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı ilə bağlı faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 
Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, foto-sənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fondun dəstəyi ilə 2006-cı ildə Azərbaycan, fransız, alman, ərəb, ingilis və rus dillərində hazırlanmış "Qarabağ həqiqətləri" bukletlər toplusunun bir sıra ölkələrdə yayılması işğala məruz qalmış ölkəmizin üzləşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işlərindən biridir. Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilən "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarının elektron variantları xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə göndərilib. Heç şübhəsiz ki, zəngin faktlara və fotosənədlərə istinadla aparılan bu təbliğat kampaniyası yüz minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırır. 
Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız da Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində əməli addımlar atırlar. Soyqırımı günü hər il diaspor təşkilatları nüfuzlu Avropa ölkələrində mitinqlər, nümayişlər təşkil edir, həmin ölkələrin ictimaiyyətinin diqqətini bu məsələyə yönəldərək faciəni törədənlər barədə geniş məlumatlar verirlər. Hazırda Azərbaycan dövləti və cəmiyyəti öz inkişafında quruculuq və yüksəliş dövrünü yaşayır. Vətən müharibəsində qazandığımız zəfərdən sonra bizi azad olunan torpaqlarımıza "Böyük Qayıdış" gözləyir. Artıq bu istiqamətdə işlərə start verilib. Təbii ki, bu qələbəyə görə biz ilk növbədə şəhidlərimizə və qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimiz tezliklə şəfa tapsın. Xocalı soyqırımını törədənlər Ədalət Məhkəməsində cavab verməlidir. 
Əliabbas Salahzadə, millət vəkili /oxu.az

Siyasi       Tarix: 26 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar son xəbərlər azərbaycanda sonxabar xeberler bugun