"Xocalıya ədalət" kampaniyası yeni petisiya yayıb
"Xocalıya ədalət" kampaniyası yeni petisiya yayıb
Xocalı soyqırımının tanıdılması, bu faciəni törədənlərin hüquqi müstəvidə cinayət məsuliyyətinə cəlb edilməsi və haqq səsimizin dünyaya çatdırılması məqsədi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində petisiyaya imza toplanmasına başlanılıb.
Petisiya beynəlxalq təşkilatlara, beynəlxalq məhkəmələrə və müxtəlif ölkələrin Xarici İşlər Nazirliklərinə ünvanlanıb.
Petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırım barədə məlumat verilir, Ermənistan hakimiyyətinin törətdiyi bu cinayətə hüquqi müstəvidə qiymət verilməsi tələb olunur, Xocalı faciəsini törədən cinayətkarların məsuliyyətə cəlb edilməsi və faciənin "soyqırım aktı" kimi qiymətləndirilməsinə çağırış edilir.
"Xocalıya ədalət" beynəlxalq kampaniyası tarixi ədalətin bərqərar olması, bəşəriyyətə qarşı belə cinayətlərin təkrar olunmaması naminə hər bir kəsi petisyanı imzalamağa çağırır!
Sözügedən petisiyanı imzalamaq üçün link.


Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına