Xocalıya və Xankəndiyə qayıdış üçün hazırlıqlara başlanıldı - FOTOLAR

Xocalıya və Xankəndiyə qayıdış üçün hazırlıqlara başlanıldı - FOTOLARXocalıya və Xankəndiyə Böyük Qayıdışla bağlı hazırlıq işlərinə başlanılıb.
KONKRET.azxəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin Goranboy rayonunda müvəqqəti məskunlaşmış, Xocalı və Xankəndidən olan məcburi köçkünlərlə keçirdiyi görüşdə məlumat verilib.
Bildirilib ki, görüşdə Xocalı İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, məcburi köçkün icmalarının nümayəndələri, ziyalılar, ictimai fəallar iştirak ediblər.
44 günlük Vətən müharibəsindən və Qarabağ iqtisadi rayonu ərazisində aparılan 1 günlük lokal antiterror tədbirlərindən sonra yaranan vəziyyət, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası, doğma torpaqlara geri dönüşün gedişi barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Qeyd edilib ki, bölgədə sülh və reinteqrasiya şəraitində yaşamaq, dayanıqlı məskunlaşmaq və iqtisadi dirçəlişi təmin etmək üçün əlverişli imkan yaranıb.
Məcburi köçkünlük dövründə xocalılıların və xankəndililərin dövlət qayğısı ilə əhatə edildikləri, onların sosial müdafiəsinin və mənzil-məişət problemlərinin həllinin diqqət mərkəzində olduğu vurğulanıb, bu məsələlərə Prezident İlham Əliyevin də, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xüsusi həssaslıqla yanaşdıqları minnətdarlıq hissi ilə vurğulanıb. İşğaldan azad edilmiş ərazilərin dirçəlişinin, bərpasının və yenidən qurulmasının, Böyük Qayıdış proqramı üzrə tədbirlərin sürətlə həyata keçirilməsinin, indi isə Xocalıya və Xankəndiyə geri dönüş imkanının yaramasının böyük ruh yüksəkliyi doğurduğu bildirilib.
İşğaldan azad olunmuş ərazilərdə irimiqyaslı layihələrin həyata keçirildiyi, dağıdılmış şəhər və kəndlərin yenidən bərpa edildiyi, əhalinin rahat yaşayışının təmin edilməsi üçün zəruri infrastrukturun qurulduğu, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsi üçün bütün tədbirlərin görüldüyü diqqətə çatdırılıb.
Dövlət Komitəsinin sədri işğaldan azad edilmiş digər ərazilər kimi Xocalıya və Xankəndiyə də Böyük Qayıdışın səmərəli şəkildə təşkili ilə bağlı hazırlıq işlərindən, dövlət başçısının bu barədə verdiyi tapşırıqlardan danışıb, görüş iştirakçılarının rəy və mülahizələrini dinləyib, suallarını cavablandırıb.
Xocalıya və Xankəndiyə qayıdış üçün hazırlıqlara başlanıldı - FOTOLARXocalıya və Xankəndiyə qayıdış üçün hazırlıqlara başlanıldı - FOTOLARXocalıya və Xankəndiyə qayıdış üçün hazırlıqlara başlanıldı - FOTOLAR

Hadisə       Tarix: 02 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Tanınmış futbolçu faciəvi şəkildə öldü

Rusiyanın Barnaul şəhərinin "Polimer" futbol klubunun hücumçusu Daniil Vinter yol qəzasında ölüb. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə oktyabrın 15-də axşam saatlarınd

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeber butun xeberler son xeberler bugun 2026 canli beynelxalq bank mezenne