Xromaffinoma
Böyrəküstü vəzin xromaffin toxumasından inkişaf edən şiş onun hormonlarının hipersekresiyasına səbəb olur. Bu şişlərə xromaffinoma deyilir. Xromaffinomaya nadir hallarda simpatik düyünlərdə və paraqanlionlarda təsadüf edilir. Onların 90%-i xoşxassəli,10%-ə qədəri isə bədxassəli olur. Sağlam adamın böyrəküstü vəzində 4-8 mq katexolamin olduğu halda xromaffinoma şişində katexolaminlərin miqdarı 300 mq -a qədər olur. Bu zaman şiş hüceyrələrində toplanan adrenalin və naradrenalin vaxtaşırı olaraq qana keçir. Bu səbəbdən də çox vaxt xəstələrdə tutmaşəkilli arterial təzyiq müşayət edilir. Tutmalar baş verdikdə arterial təzyiq 250-300 mm bərabər olur. Adətən təzyiqin yüksək olması 5-30 dəqiqə müddətində davam edir.
Xəstəliyin əlamətləri qanda olan adrenalin və noradrenalinin səviyyəsindən asılı olaraq dəyişir.Onların ürəyə təsiri nəticəsində xəstələrdə aşağıdakı əlamətlər meydana çıxa bilir:
- taxikardiya və ya bradikardiya
- ekstrasistolik aritmiya
- qulaqcıqların səyirməsi
- baş ağrısı
- baş gicəllənmə
- görmənin müvəqqəti pozulması
- hallyusinasiya
Arterial təzyiq tutması dövründə xəstənin qanını analiz etdikdə şəkərin miqdarının artdığı meydana çıxır.
Xromaffinomalı xəstələrin qanında xolesterolun miqdarı artır, bu da aterosklerozun gedişini sürətləndirir. Şiş toxuması bədxassəli olduqda xəstələrdə daimi yüksək təzyiq müşahidə edilir.
Bu qısa müddət ərzində ağırlaşmalara - nefroskleroza,miokard infarktına,beyin damarlarının sklerozuna səbəb ola bilir.Belə xəstələrin 10%-də şəkərli diabet inkişaf edir.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar