Xroniki yorğunluq psixoloji problemdir
"Xroniki yorğunluq kifayət qədər istirahətə baxmayaraq, iş səmərəliliyinin azalmasına, gündəlik ictimai həyatdan uzaqlaşmağa və xəstənin özünü daim yorğun hiss etməsinə səbəb olan psixoloji problemdir".
KONKRET.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.
Onun sözlərinə görə. bəzi xəstələrdə yalnız yüngül yorğunluq və enerji qıtlığı ilə müşayiət olunsa da, xəstəliyin inkişaf edən mərhələlərində xəstə gündəlik fəaliyyətini belə yerinə yetirə bilmir və qayğıya ehtiyacı olur: "Bu sindromu psixoloji problem adlandırmaq olar. Lakin, bunun psixoloji amillə yanaşı zehni və fiziki təsirləri də var. Ruhdan düşmə və hər hansı fəaliyyəti göstərmək gücünə malik olmadıqlarını hiss etmək xəstələrdə ürəkbulanma, əzələ ağrıları, konsentrasiyanın olmaması və unutqanlıq kimi problemləri ortaya çıxarır. Sadalanan simptomlarla sağlamlıq müəssisələrinə müraciət edən xəstələrdə aparılan müayinə və diaqnostik testlər nəticəsində xroniki yorğunluq asanlıqla təyin edilə bilər".
Terapevt bildirib ki, xəstəliyin simptomları bir çox psixoloji xəstəliklə paralel olduğu üçün xəstənin anamnezi ətraflı şəkildə alınmalıdır: "Eyni zamanda, insanda yorğunluğun və buna bənzər simptomların fərqli alt xəstəlikdən qaynaqlandığını tam olaraq anlamaq üçün müvafiq qan testləri və görüntüləmə üsulları araşdırılmalıdır. Xroniki yorğunluq sindromu diaqnozu müəyyənləşdirilən insanlarda müalicə prosesinin necə planlaşdırıldığı zaman xəstəliyin şiddəti, gündəlik həyat və iş fəaliyyətinə təsiri kimi faktorlar da nəzərə alınır".
Z.Quliyev qeyd edib ki, bütün bunlara görə psixiatrlar, psixoloqlar və digər mütəxəssislər tərəfindən qurulan çoxşaxəli qruplar, diaqnoz və müalicə üsulları təyin olunur.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var