Xumar Qədimova: "Sevdiyim kişi dünyasını dəyişdi" - MÜSAHİBƏ + FOTO

Xumar Qədimova: Xumar Qədimova: "Sevdiyim kişi dünyasını dəyişdi" - MÜSAHİBƏ + FOTO
"Mənim hər addımım puldur".
Bu sözləri Kult.az-a müsahibəsi zamanı müğənni, bəstəkar, Azərbaycanın Əməkdar artisti Xumar Qədimova deyib.
Həmin müsahibəni təqdim edirik:
- Xumar xanım, müsahibələrinizin birində demişdiniz ki, "Ehtirası gizlətmək lazım deyil. Mən həm də çox çılğın bir qadınam". Çılğınlıq deyəndə tam olaraq nəyi nəzərdə tutursunuz?
- İlk baxışdan düşünülən heç nəyi. Mənim çılğınlığım sadəcə yaradıcılığımdır. Demişdim ki, mən sevgidə də, dostluqda da, sənətdə də çılğınam. İndi də bu cür düşünürəm və deyirəm.
- Sizi həm uğurlu, həm də gözəl qadın hesab etmək olar. Adətən, belə qadınlara münasibət də birmənalı olmur. Gah qısqanırlar, gah da başqa məqsədlə yaxınlaşırlar. Narahat olmursunuz ki?
- Əvvəllər aldandığım olub, amma çox sevilən qadın olduğum üçün daha aldadılmıram və bundan da heç bir halda narahat deyiləm.
- "Mənim hər addımım puldur" deyirdiniz. Belə çıxır, sizinlə münasibətdə olan şəxs mütləq imkanlı olmalıdır?
- Bu barədə bir neçə dəfə danışmışam. Demişdim ki, mən heç bir halda şəxsiyyəti heç nəyə dəyişmərəm. Amma maddi durum da önəmli məsələlərdəndir. Mənim hər addımım puldur. Amma bu sözümü də səhv anlaya bilərlər. Əlavə olaraq bu barədə nəsə danışmaq istəmirəm.
- Şou-biznes adamları çox vaxt intriqalarla yadda qalırlar. Amma siz bu məsələdə görünmürsünüz. Niyə qıraqda dayanmısınız?
- Qalmaqala ehtiyac duymuram, çünki sənətim var. Davaya ehtiyac duyanlar unudulmaqdan qorxub ortada olanlardır və ya sənətləri yoxdur. Mənim isə belə bir problemim yoxdur.
- Məsələn, kimlər?
- Ad çəkməyəcəm.
- Məşhur adamların şəxsi həyatı da həmişə maraqlı olub. Hazırda necə, sevgiliniz varmı?
- Xeyr, hazırda sevgilim yoxdur.
- Müğənnilər çox vaxt savadsızlığa, kitab oxumamağa görə gündəmə gəlirlər. Amma siz bu məsələdə də seçilirsiniz. Kimləri oxuyursunuz xarici yazarlardan?
- Mopassan, Viktor Hüqonun romanlarını, bizdən isə Əbdürrəhim bəy Haqverdiyevin hekayələrini çox sevirəm, lakin hazırda Əziz Nəsin və Oshonu paralel oxuyuram. Çalışıram ki, mütəmadi kitab oxuyum. Düşünürəm ki, bu, hər kəsə vacibdir, xüsusilə də sənət adamlarına.
- Azərbaycan ədəbiyyatından sevdiyiniz yazıçılar kimlərdir? Əvvəllər Seymur Baycanı daha çox oxuduğunuzu demişdiniz.
- Azərbaycan ədəbiyyatından mahnılarımda mahir şəkildə məhz mən istifadə etmişəm. Oxuduğum mahnıların bir çoxu şairlərimizin yaradıcılığındandır ki, bunu da hər kəs bilir. Hüseyn Cavid, Mikayıl Müşfiq, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Xəlil Rza, Molla Pənah Vaqif, Əliağa Vahid, Almas İldırım və möhtəşəm Nizami, Nəsimi bəhrələndiyim ustadlardır. Hazırda isə Məhəmmədhüseyn Şəhriyar, Cəfər Cabbarlı, Mirzə Ələkbər Sabir, Aşıq Ələsgər, türk ədəbiyyatından Nəcib Fazıl Qısakürək, Nazim Hikmət deyərdim.
- Yaxın vaxtlarda yeni ifa olacaqmı? Məsələn, elə yaradıcılığına müraciət etdiklərinizdən?
- Bəli, qeyd edim ki, artıq Yunus Əmrəyə müraciət etmişəm, o da yaradıcılığından bəhrələnəcəyim şəxslər arasındadır.
- Xumar xanım, tələbə vaxtı özünüzdən çox böyük müəllimi də sevirdiniz. Necə xatırlayırsınız o müəllimi?
- O, hazırda həyatda deyil, vəfat edib. Elə bu yaxınlarda dünyadan köçüb. Xatirələr isə çox kədərlidir. Gəlin, o barədə danışmayaq.
- "Bir də gəlməyəcək mənimtək bir qadın" - Yəni necə bir qadın?
- Bir cümlə ilə: Gördüyünüz kimi qadın, elə görmədiyiniz kimi də. / oxu.az

Şou Biznes       Tarix: 09 may 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gunun xeberleri haqqinda melumat son xeber.az son xeber az cəbhədən görüntüleri