XXI əsrin ən yaxşı qapıçısı odur
İtaliya "Yuventus"unun qapıçısı Canluici Buffon XXI əsrin ən yaxşı qapıçısı elan edilib.
Publika.az xəbər verir ki, müasir dövrün ən yaxşı qapıçılarının reytinqini Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) açıqlayıb.
XXI əsrin ümumi reytinqi 2001-ci ildən 2020-ci ilə qədər dövrün illik reytinqlərinin uyğunlaşdırılması prinsipi üzrə təşkil edilib. Siyahıya "Top-20"yə düşmüş qapıçılar daxil olublar. Belə ki, illik reytinqdə birinci yer tutan qapıçıya 20 bal, ikinci yerə 19 bal, sonrakılara da eyni prinsip üzrə ballar verilib.
Canluici Buffon ("Yuventus", İtaliya) – 330 bal.
İker Kasilyas (keçmiş "Real", İspaniya) – 244.
Petr Çex (keçmiş "Çelsi", Çexiya) – 218.
Manuel Noyer ("Bavariya", Almaniya) – 183.
Tibo Kurtua ("Real", Belçika) – 130.
Viktor Valdes (keçmiş "Barselona", İspaniya) – 113.
Uqo Loris ("Tottenhem", Fransa) – 106.
Edvin van der Sar ( keçmiş "Mançester Yunayted", Niderland) – 105.
Oliver Kan (keçmiş "Bavariya", Almaniya) – 99.
Keylor Navas ("PSJ", Kosta-Rika) – 93.
Dida ("Milan" eks--i, Braziliya) – 90.
Yan Oblak ("Atletiko", Sloveniya) – 85.
Mark-Andre ter Şteqen ("Barselona", Almaniya) – 78.
David De Xea ("Mançester Yunayted", İspaniya) – 75.
Yens Lemann (keçmiş "Arsenal"i, Almaniya) – 72 və digərləri.
Xatırladaq, daha əvvəl IFFHS həmçinin XXI əsrin ən yaxşı arbitrlərinin siyahısını dərc edib. Birinci yer alman Feliks Brix tutub.
Canluici Buffon karyerasında fevralın əvvəllərində 1 100-cü matçına çıxıb. "İnter"lə ölkə kubokunun ilk yarımfinal oyununa təsadüf edib. 43 yaşlı qolkiper matça start heyətdə başlayıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu