Ya Bakı ilə dil tapın, ya da köçün… - Liparityan
Ermənilər Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmalıdır, əks təqdirdə çantalarını yığaraq harasa köçməli olacaqlar.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın keçmiş baş müşaviri olan Jirayr Liparityan deyib.
Onun fikrincə, Ermənistanda qonşularına düşmən kimi deyil, fərqli olaraq baxan bir hökumət formalaşmalıdır:
"Ermənistan hər kəslə münasibətləri normallaşdırmalıdır, çünki bu, təhlükəsizliyi təmin edir. Mövcud siyasətin qorunub saxlanacağı təqdirdə nifrət və qorxu dominantlıq edəcək. Əgər bu iki əsas hiss analiz olunmasa, onlar Ermənistanın strategiyasının əsasını təşkil edəcək. Hazırda qorxu erməni siyasi düşüncəsinin bir hissəsi olaraq qalır".
Liparityan inanır ki, qonşularla münasibətləri normallaşdıraraq, birbaşa Azərbaycan və Türkiyə ilə danışıqlar apararaq, onları başa düşmək və nəyə görə "yox" cavab verdiklərini dərk etmək lazımdır:
"Bu, sizə (Ermənistana - red.) düşməninizlə deyil, qonşunuzla ünsiyyət qurduğunuz və onun problemlərini anladığınıza dair bir inam hissi verəcək".
O, həmçinin 1988-ci ildə daşnak liderlərindən birinin "Ermənistan müstəqil ola bilməz, əks halda türklər gəlib hamımızı qıracaq" sözlərini də xatırladıb:
"Bu durumda Ermənistan heç vaxt müstəqil ola bilməyəcək. Ya onlarla (qonşularla - red.) ünsiyyət qurmağın yolunu tapacaqsınız, ya da çantalarınızı yığaraq harasa getməli olacaqsınız".
Xidmetler [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı