Yakov Kedmi erməni revanşistlər barədə: "Onlar ya axmaqdır, ya da erməni xalqının xainləridir
Yakov Kedmi erməni revanşistlər barədə: "Onlar ya axmaqdır, ya da erməni xalqının xainləridir"
İsrailli analitik, dövlət xadimi, diplomat, 1992-1999-cu illərdə "Nativ" xidmətinin rəhbəri Yakov Kedmi Ermənistanın ikinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra qisasla bağlı xəbərlərin yayılması məsələsinə aydınlıq gətirib.
O, Media.Az-a müsahibəsində deyib ki, nə barədə istəyirlər, nə qədər istəyirlər danışsınlar:
"Əsas məsələ ondan ibarətdir ki, hazırda ağız dolusu danışan siyasi liderlər vəziyyəti nə dərəcədə düzgün qiymətləndirirlər, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin hansı səviyyədə olduğunu anlayırlarmı?"
"Tarixdə Ermənistan ordusunun döyüş qabiliyyətinin yanlış qiymətləndirilməsinin fəlakətlə nəticələnməsini görmüşük. Gəlin, keçən əsrin əvvəllərini, 1918-1920-ci illər hadisələrini xatırlayaq. Türkiyə Ermənistana müharibə elan etməmişdi, əksinə tamamilə ağlını və sağlam düşüncələrini itirən erməni liderləri uğur qazanmaq üçün heç bir şansları olmaya-olmaya rəsmi olaraq Türkiyəyə qarşı müharibə elan etdilər", - deyə israilli analitik bildirib.
Diplomat qeyd edib ki, Azərbaycandan intiqam almaqla bağlı hay-küy salan hazırkı Ermənistan rəhbərləri yüz il əvvəlki liderlərdən heç fərqlənmirlər:
"100 il əvvəl Vladimir Lenin və sovet rejimi Ermənistanın köməyinə gəldi. İndi dünya fərqlidir, ona görə də (İrəvanda - red.) onların belə davranmağı ölkələrinin taleyi ilə oynamaqdır".
Kedmi Ermənistanın Azərbaycan ordusuna qalib gələcək gücdə olmadığını vurğulayıb:
"İntiqam almaq üçün bir neçə il ordunun yenidən təşkil olunmasına, hərbi hissələrin yenidən silahlanmasına, bütün səviyyələrdə hərbi hissələrin yenidən qurulmasına külli miqdarda vəsait xərclənməlidir. Ancaq bu vəziyyətdə belə, Ermənistan ordusunun Azərbaycan ordusuna nəinki qalib gələcəyinə, hətta müqavimət göstərə biləcəyinə də əmin deyiləm".
O, Rusiya ilə Türkiyəni sövdələşməkdə günahlandıran erməni revanşistləri öz dövlətlərinin xaini adlandırıb:
"Onlar ya tamam axmaqdırlar, ya da erməni xalqının və dövlətinin xainləridirlər. Bunu demək üçün gərək kor və kar olasan. Bir dəfə belə insanlar, artıq dediyim kimi, Ermənistanı fəlakətə sürüklədilər. Yenə bunu istəyirlər?" /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına