"Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib" - Hökumənin atası

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Xarici İşlər Nazirliyi Aktau yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı sığorta kompensasiyasının ödənildiyini iddia edib. 
azxeber.com xəbər verir ki, qurumun məlumatına görə, təyyarə üçün ümumilikdə 1,003 milyard rubl məbləğində sığorta vəsaiti ayrılıb. Həmçinin, qəza nəticəsində həlak olan və xəsarət alan sərnişinlərin ailələrinə bu günə qədər 358,4 milyon rubl ödəniş həyata keçirildiyi açıqlanıb: "15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-nın hər birinə ödənişlər tam ödənilib. Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib".
Qəza zamanı həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev isə Modern.az-a bildirib ki, Rusiya onun ailəsinə heç bir ödəniş etməyib: "Nə vaxt sığorta ödənişi ediblər?! Bizim xəbərimiz yoxdur, yalan söhbətdir".
Azərbaycan tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi mövqe bildirməyib.
Xatırladaq ki, qəza dekabrın 25-də baş verən qəzada təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Sosial       Tarix: 05 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Rüfət Əhmədzadə vəfat etdi

Jurnalist, şair və tərcüməçi Rüfət Əhmədzadə vəfat edib. xəbər verir ki, onun vəfatı ilə bağlı məlumatı tanınmış jurnalist Rəbiyyə Zərdabi paylaşıb. . Qeyd edək ki, Rüfət Əhmədzadə uzun illər jurnalistika və ədəbi yaradıcılı

Azərbaycanda boşanma statistikası: Ən çox bu yaşda boşanırlar

Son illər Azərbaycanda ailə institutunda müşahidə olunan dəyişikliklər boşanma statistikasında da öz əksini tapır. . Rəsmi məlumatlara görə, 2026-cı ilin ilk beş ayında ölkədə 15 min 107 nikah, 8 min 87 boşanma qeydə alınıb

Hərbçimiz həlak oldu - FOTO

Azərbaycan Ordusunun hərbçisi həlak olub. Unikal-a istinadən xəbər verir ki, hərbçimiz 2002-ci il təvəllüdlü Ələkbər Quliyev təlimdə həyatını itirib. Ə.Quliyev Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatlarınd

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

İşçilərin iş vaxtı ərzində şəxsi səbəblərlə qısa müddətlik, məsələn, 1 saatlıq işdən ayrılması halları müəssisələrdə tez-tez rast gəlinən məsələlərdən biridir. Bəs belə hallarda icazənin mütləq yazılı şəkildə rəsmiləşdirilməs

Kimlərə övladlığa uşaq verilmir? - Açıqlama

Sosial Xidmətlər Agentliyinin məlumatına əsasən, Azərbaycanda cari ilin ilk 6 ayında 77 uşaq övladlığa verilib. Bildirilib ki, onlardan 39-u qız, 38-i oğlandır. Qeyd edilib ki, övladlığa verilənlər arasında 3 yaşınadək uşaqla

"Anamsız bizə çətindir" - "Arzum"un qızı

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən "Arzum 99" ləqəbli tiktoker İlduzə Hacıyevanın anası və övladları video yayıb. İ.Hacıyevanın anası videoda qızı üçün yardım istəyərə

Bu günün valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 23-nə qüvvədə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. KONKRET.azxəbər verir ki, AMB-dən verilən məlumata görə, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsind

Cəlilabadda avtomobil uşağı vurdu

Cəlilabad rayonunda 8 yaşlı uşağın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, qəza Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsind

Ömər Eldarov xəstəxanaya yerləşdirildi

Görkəmli heykəltaraş Ömər Eldarovun vəziyyəti pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 99 yaşlı akademik Eldarov Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Ö.Eldarov hazırda orada müalicə alır


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbərlər azərbaycanda hava oxu.az xeberler sou xeberler