Yalçın Rəfiyev: "Azərbaycan hazırda dünyada mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələrdəndir
Azərbaycanın azad edilmiş ərazilərində hələ də ən böyük problem minalarla bağlıdır.
azxeber.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə "Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə" tədbirində bildirib.
"Azərbaycan davamlı rəqabət qabiliyyətli və inkluziv iqtisadiyyatın qurulmasına, "yaşıl iqtidadiyyat"ın təkamül edilməsinə, sosial rifahın yüksəldilməsinə və gələcək naminə uzunmüddətli dayanıqlılığın təmin edilməsinə yönəlmiş bir yol xəritəsinə malikdir. Bu istiqamətdə sürətlə irəliləməyimizə baxmayaraq, uzun müddət işğal altına qalmış ərazilərimizdə mina probleminin mövcudluğu hələ də ən böyük maneələrdən biri olaraq qalır", - o qeyd edib.
Y. Rəfiyev vurğulayıb ki, Azərbaycan hazırda dünyada mina çirklənməsindən ən çox əziyyət çəkən ölkələrdəndir: "Biz azad edilmiş ərazilərdə sabit, təhlükəsiz və rifah dolu gələcək qurmaq üçün 18-ci Dayanıqlı İnkişaf Məqsədini təşəbbüs olaraq irəli sürməklə bu sahəyə xüsusi diqqət ayırmağın əhəmiyyətini vurğulayırıq".

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır