Yamal Şakiranın villasını satın alır
"Barselona"nın gənc ulduzu Lamin Yamal Şakira və Jerar Pikenin bir zamanlar birlikdə yaşadığı evi almağa hazırlaşır.
azxeber.com xəbər verir ki, "El Paísin məlumatına görə, 18 yaşlı futbolçu Esplugues de Llobregat bölgəsində yerləşən Ciutat Diagonal adlı elit ərazidəki dəbdəbəli malikanəni alacaq. Bir vaxtlar məşhur cütlüyün yaşadığı bu mülk "elit idmançının evi" kimi yenidən qurulacaq - evdə özəl idman zalı, fizioterapiya otaqları və yüksək səviyyəli təhlükəsizlik sistemi olacaq.
Malikanə 2012-ci ildə memar Mireia Admetller tərəfindən layihələndirilib və təxminən 3 800 kvadratmetr sahədə tikilib. Bu ərazi əvvəlcə Pike və Şakiranın ailələrinə məxsus üç villalı kompleksin bir hissəsi olub.
Lamin Yamal yeni evini şəxsi istirahət məkanı kimi istifadə etməyi planlaşdırır - dostları və ailə üzvləri üçün ayrıca yerlər də nəzərdə tutulacaq. Onun sevgilisi, müğənni Niki Nikolun da tez-tez orada qalacağı bildirilir. Bu isə maraqlı bir paralel yaradır: hər iki cütlükdə də biri futbolçu, digəri musiqiçidir - Şakira-Pike və Yamal-Niki Nikol.
///Milli.Az

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Azərbaycan məşhur yapon serialında - Foto
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib