"Yanğın neft sektoruna təhlükə yaradıb" - FHN rəsmisi
"Yanğın qısa zamanda böyük əraziyə yayılıb və neft sektoruna təhlükə yaranıb".
KONKRET.az xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev jurnalistlərə açıqlaması zamanı deyib.
"FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın barədə məlumat saat 21:31-də daxil olub. Saat 21:36-da ilkin yanğın bölmələri hadisə yerinə çatıb. Yanğın Neftayırma Zavodunun yanğın hasarının yaxınlığında, təxminən 4 ədəd 5 min kubmetrlik neft çənlərinə yaxın ərazidə olub
Küləyin sürəti yüksək olduğundan yanğın qısa zamanda böyük əraziyə yayılıb və neft sektoruna təhlükə yaranıb. Bununla əlaqədar olaraq yanğın baş verən yerdə yüksək çağırış elan olunub. Hadisə yerinə Bakı qarnizonunun qüvvə və vasitələri, 20 ədəd əsas yanğın avtomobili, 85 nəfər yanğınsöndürən cəlb olunub.
Saat 23:03-də yanğın tam məhdudlaşdırılıb, nəzarətə götürülüb. Hazırda neft sektoruna heç bir təhlükə yoxdur, söndürülmə işləri davam edir. Yanğın tam söndürüləcəkdir. O, təxminən 2 hektara yaxın ərazini əhatə edib. Burada əsasən məişət tullantıları, ağac qırıntıları və qamışlıq yanıb.
Xəsarət alan yoxdur. Həmçinin, əhalinin yaşadığı ərazi mühafizə olunub.
Yanğının səbəbini xüsusi tədqiqat qrupları gəlib araşdıracaq", – deyə FHN rəsmisi bildirib.
Qeyd edək ki, bu gün axşam Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında məişət tullantıları və qamışlıq sahədə yanğın baş verib.
Turlar.az [newsid: 0-123300]

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi