Yanğınlar zamanı Azərbaycanın dəstəyi tam zamanında oldu - Türkiyə hökuməti
Azərbaycanın Türkiyədəki meşə yanğınlarının söndürülməsinə göstərdiyi kömək tam zamanında oldu.
Bu barədə Trend-ə Türkiyə hökumətindən məlumat verilib.
Türkiyə hökumətindən qeyd edilib ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Türkiyədə yanğınlar zamanı fəal kömək etdilər, və bu əsl qardaşlıqdır.
"Bizə göstərilən dəstəyə görə qardaş Azərbaycana minnətdarıq", - məlumatda bildirilib.
Xatırladaq ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və xilasetmə qrupları Türkiyəyə gəldikləri ilk gündən meşə yanğınları ilə mübarizədə fəal iştirak etmişlər. Azərbaycan FHN-nin əməkdaşlarının Yeniköy və Kemerköy İES-ləri yerləşən bölgədə həm yanğınların söndürülməsində, həm də bu elektrik stansiyalarının mühafizəsində böyük fədakarlıq göstərdilər.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və xilasetmə qrupları iyulun 30-dan etibarən Türkiyənin Muğla vilayətinə gəlməyə başlayıb.
Azərbaycanlı yanğınsöndürənlər Yatağan bölgəsindəki Pınar, Karaer, Kavakçık, Çayxisar, Zeytunalanı, Otmanlar, Çogenli, Aydın əyalətinin Çine, Akçaova, Kabaklidere, Muğlanın Seidli-Kemer, Menteşe, Qazellere rayonlarında yanğınla mübarizə aparıblar.
Eyni zamanda, Marmaris, Orhaniyə, Armudlu, Deirmanianı, Açparan, Turqut, Fethiye, Dalaman hava limanı yaxınlığında, Dənizli vilayətinin Buldak, Tavas, Burduk-Budjak bölgələrində baş verən yanğınların söndürülməsi ilə bağlı tapşırıqlar tamamlanıb.
Prezident İlham Əliyevin qardaş Türkiyəyə göndərdiyi Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinə verdiyi tapşırıq tam yerinə yetirilmiş və Muğla vilayətində baş verən yanğınlar tamamilə söndürülmüşdür.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı