YAP Avropa Xalq Partiyasına etiraz məktubu ünvanladı

YAP Avropa Xalq Partiyasına etiraz məktubu ünvanladı YAP Avropa Xalq Partiyasına etiraz məktubu ünvanladı
Yeni Azərbaycan Partiyası (YAP) Avropa Xalq Partiyasının (EPP) Siyasi Assambleyasının (PA) 1 fevral 2021-ci il tarixli videokonfransında Azərbaycanla bağlı səsləndirdiyi qərəzli bəyanatla əlaqədar  etiraz məktubu ünvanlayıb.
Bu barədə YAP mətbuat xidmətinin məlumatında bildirilir.
Məktubda deyilir ki, Azərbaycan 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın şərtlərinə tam əməl edir.
Qeyd olunur ki, Azərbaycanla Ermənistan arasında yüzlərlə hərbi əsir, girov və cəsədlərin mübadiləsi həyata keçirilib və proses beynəlxalq normalara uyğun şəkildə davam etdirilir.
"Lakin müharibəyə son qoyan 10 noyabr bəyanatından sonra Ermənistandan Azərbaycan ərazilərinə gələrək təxribat-diversiya əməlləri törədən və ələ keçirilən terrorçular müharibə əsirləri hesab oluna bilməz və onların məsələsi müvafiq qanunlar çərçivəsində öz həllini tapacaq.
Üstəlik, Azərbaycanın tələblərinə baxmayaraq, Ermənistan tərəfi birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş 4 mindən artıq Azərbaycan vətəndaşının taleyi və onların kütləvi dəfn olunduqları yerlər barədə məlumat verməkdən imtina edir",-deyə etirazda bildirilir.
O da əlavə olunub ki, Ermənistan vəziyyəti düzgün dəyərləndirməli, özünütəcridə gətirib çıxaran əvvəlki səhvlərini təkrarlamamalıdır.
"Bu baxımdan, beynəlxalq ictimaiyyət üçtərəfli bəyanatın tam icrasına, bölgədə sülhün və etimadın bərqərar olmasına və xalqlarımız arasında barışığa dəstək olmalıdır".
YAP-ın Avropa Xalq Partiyasına ünvanladığı etiraz məktubunda daha sonra qeyd olunur: "Azərbaycan münaqişənin əhatə etdiyi bölgələrdə yaşayan erməni mənşəli vətəndaşlarını özünün siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etməkdə qərarlıdır və özünün suverenliyi və ərazi bütövlüyü çərçivəsində etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının bərabər hüquq və azadlıqlarına təminat verir.
Ermənistan işğalının ağır nəticələrini aradan qaldırmaq, bu əraziləri partlamamış sursatlardan təmizləmək, bərpa və yenidənqurma işləri aparmaq çox çətin və böyük resurslar tələb edən işdir. Buna baxmayaraq, Azərbaycan artıq bütün bu işlərə və yüz minlərlə məcburi köçkünün öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli dönüşü üçün şərait yaratmağa başlayıb.
Onu da qeyd etmək lazımdır ki, çoxetnoslu və çoxdinli bir ölkə olaraq özünün mədəni müxtəlifliyi ilə fəxr edən Azərbaycan mənşəyindən asılı olmayaraq, bölgədəki bütün dini və mədəni irsin qorunmasına, bərpasına və istifadəsinə böyük önəm verəcəkdir.
EPP PA üzvlərinə birtətəfli bəyanatlar səsləndirməzdən əvvəl məsələ barəsində daha ətraflı informasiya toplamağı tövsiyə edirik". /oxu.az

Siyasi       Tarix: 07 fevral 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ


yeni xeberler azerbaycan xeberleri son xeberler dunya xeberleri son xeberler az son.xeberler cebheden xeberler