Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirdi - SİYAHI

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirdi - SİYAHIYaponiya Ukraynadakı vəziyyət və davam edən hərbi əməliyyatla əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirib.
KONKRET.az xəbər verir ki, bu barədə cümə günü Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Siyahıya daha 25 rusiyalı, o cümlədən VEB.RF-nin rəhbəri İqor Şuvalov, həmçinin rusiyalı məmur və iş adamlarının qohumları daxildir.
Yeri gəlmişkən, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun (Elizabet və Nikolay) və həyat yoldaşı Tatyana Navkanın övladları da sanksiyaya məruz qalıblar. Siyahıya Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun qohumları da əlavə edilib. Onlara aktivlərin dondurulması da daxil olmaqla bir sıra məhdudiyyətlər tətbiq edilib.
Yaponiya həmçinin əlavə ixrac sanksiyaları tətbiq edərək, məhdudiyyətlərə məruz qalan şirkət və təşkilatların siyahısını 49-dan 130-a qədər artırıb. Buraya gəmiqayırma şirkətləri, elektronika və avadanlıq istehsalçıları, o cümlədən Amur Gəmiqayırma Zavodu və Rusiya Kosmik Sistemləri daxildir.
Qeyd edək ki, Yaponiya daha əvvəl Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı bir neçə sanksiya paketini açıqlayıb. 100-dən çox şəxs, o cümlədən ölkə rəhbərliyinin nümayəndələri, məmurlar və iş adamları fərdi sanksiyalara məruz qalıb. İxrac edilməsi qadağan edilən mal və texnologiyaların siyahısına 300 adda, o cümlədən yarımkeçiricilər, dəniz və aviasiya təhlükəsizliyi üçün avadanlıqlar, telekommunikasiya avadanlıqları, rabitə vasitələri, hərbi təyinatlı məhsullar, o cümlədən silahlar, proqram təminatı, neft emalı avadanlığı daxildir.
Natiq Səlim,
KONKRET.az

Sosial       Tarix: 25 mart 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gunun xeberleri kriminal xabar az