Yaponiyada 400-ə yaxın reys təxirə salınıb
Yaponiyada 400-ə yaxın reys təxirə salınıb
Yaponiyada yağan güclü qar səbəbindən azı 397 daxili reys təxirə salınıb.
Bunu Yaponiyanın ən böyük aviaşirkətləri "Japan Airlines" və "All Nippon Airways", eləcə də bir neçə aşağıbüdcəli aviaşirkətlərin məlumatları sübut edir.
Bundan əvvəl 235 reysin ləğvi barədə məlumat yayılmışdı. JR dəmir yolu şirkəti Honsyu adasının şimalında və şimal-şərqində müəyyən hissələrdə yüksək sürətli ekspress qatarlarının hərəkətini günün sonuna qədər dayandırıb. Bir sıra digər xətlərdə qatarlar gecikmələr və uzadılmış fasilələrlə davam edir.
Yaponiya yollarında çətin vəziyyət yaranıb. Ölkə daxilində 10-dan çox magistral yol bir sıra hissələrdə maşınların hərəkətinə bağlanıb. Osaka və Kyoto kimi böyük şəhərlərin ətrafındakı tıxaclar on kilometrlərlə uzanıb.
Hava proqnozlarına görə, Yaponiyanın şimal və şimal-şərq bölgələrində gün ərzində 60-80 sm-ə qədər qar yağacaq. Bundan əlavə, havanın temperaturu 10 ildə bir dəfədən çox olmayan rekord həddə düşəcək. Şaxtaların xarakterik olmadığı Tokioda gecələr hava mənfi 3 - mənfi 4 dərəcəyə qədər soyuyub.
Mənbə: TASS / oxu.az
Xidmetler [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu