Yardım xahişinə Kremlin cavabı - İrəvan ETİRAF ETDİ
Ermənistan parlamentinin Mülki Müqavilə Partiyasından olan deputatı Eduard Ağacanyan Ermənistanın Rusiyaya hərbi və diplomatik yardım xahişinə aldığı cavabı dolayısı ilə elan edib.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında Ermənistanın yardım və ərazi bütövlüyünün bərpası üçün Rusiyaya üz tutuduğunu deyib:
"Rusiya Müdafiə Nazirliyinin Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasına hazırlıq mərhələsi ilə bağlı təklifinə rəsmi İrəvanın hərbi yardım müraciətinə cavab kontekstindən baxmaq lazımdır. Məhz sərhədin demarkasiyası və delimitasiyası əsasında problemin həll olunacağı, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağı gözlənilir".
E.Ağacanyan bu sözlərlə dolayısı ilə təsdiqləyib ki, Rusiya Ermənistanın 16 noyabrdakı toqquşma zamanı yardım xahişinə cavab olaraq sərhədlərinin dəqiqləşməsinin vacibliyini şərt kimi irəli sürüb.
Qeyd edək ki, bundan öncə rusiyalı politoloqlar da eyni fikri səsləndirmişdilər. Belə ki, Ermənistanın sərhədlərini qorumaq üçün əvvəlcə bu sərhədlərin olmasının vacibliyini vurğulamışdılar.
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək