"YAŞAT" yaralananlar və şəhid ailələrinin ehtiyaclarını qarşılamağa davam edir - VİDEO
"YAŞAT" yaralananlar və şəhid ailələrinin ehtiyaclarını qarşılamağa davam edir - VİDEO
"YAŞAT" Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlarına üz tutmaqla bərabər bu kateqoriyadan olan şəxslərin ehtiyaclarını qarşılamağa davam edirlər.
Bu günə qədər 2594 şəhidin 11 minə yaxın ailə üzvü ilə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Şəhid ailələrinin ehtiyacları ilə bağlı aparılan təhlillərin nəticəsi olaraq 970 şəhid ailəsinin 1310 nəfər ailə üzvünə Fond tərəfindən ödənişlərin həyata keçirilməsinə başlanılıb.
Belə ki, 534 şəhid ailəsinin 737 ailə üzvünün tibbi müalicə xərclərinin, 313 şəhid ailəsinin 410 ailə üzvünün borc öhdəliklərinin və 25 şəhid ailəsinin 25 ailə üzvünün təhsil haqqının ödənilməsinə, eyni zamanda 48 şəhid ailəsinin mənzil şəraitinin yaxşılaşdırılmasına (evin təmiri), 10 şəhid ailəsinin məişət şəraitinin yaxşılaşdırılmasına (istilik, kommunal və s.) başlanılıb. 40 şəhid ailəsinin 80 ailə üzvünün isə işlə təminatı məsələsi nəzarətə götürülüb. Bu məsələ müvafiq qurumlarla koordinasiya olunacaq.
Yardımlar barədə ətraflı hesabat Fondun yaxın günlərdə istifadəyə veriləcək portalında yerləşdiriləcək.
Müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının qarşılanması davam etdiriləcək.
Xatırladaq ki, Fondun əməkdaşlarından ibarət 69 qrup zəruri planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır. "YAŞAT" Fondunun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə "YAŞAT" Fondu yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
"YAŞAT" Fondunun bank rekvizitləri ilə https://vxsida.az/az/annouces/1493 keçidi vasitəsi ilə tanış olmaq mümkündür.
/oxu.az
f Paylaş
Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız