Yaşayan əfsanə – Ziya Quliyevin döyüş yolu

Yaşayan əfsanə – Ziya Quliyevin döyüş yoluDoğma yurdumuz Azərbaycanın igid, vətənpərvər və fədakar övladlarından olan Xüsusi Təyinatlıların igid əsgəri Ziya Telman oğlu Quliyev…
44 günlük müharibədən son antiterrora qədər canını,qanını Vətənə fəda etməyə hazır vəziyyətdə şərəflə döyüşən oğuldan danışacam sizə. Qartal baxışlılardan…
Hərbi fəaliyyəti ikinci Qarabağ müharibəsinin ilk günlərindən ən son döyüşlərə qədər zamanı əhatə edir.
44 günlük müharibə kimi tarixə düşən döyüşlərdən başlayır onun qəhrəmanlıq salnaməsi. Suqovuşan ərazisindən başlayaraq düşmənin nəfəsini kəsənlərdən, yalançını mənzilinə qədər qovanlardandır Ziya Quliyev. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı kimi tanınan əməliyyat nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürənlərin sırasındandır Ziya Quliyev .
Erməni bölmələrinin şimal istiqamətində ən güclü müdafiə xətti Çiləbürt– Qızıloba-Seysulan istiqaməti idi. Qarabağ uğrunda gedən döyüşlərdə Ordumuzun Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklərini, eləcə də Seysulan məntəqəsini azad edən oğullarındandır o, Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyinə nəzarəti ələ keçirənlərin siyahısında öndə gedən.
2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Seysulan kəndi Azərbaycanın nəzarətinə qayıtmasında can qoyan igidlərdən.
28 iyun 2023-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələri ilə Qarabağda qanunsuz silahlı birləşmələr arasında epizodik döyüşün nəticəsində erməni tərəfdən dörd nəfər həlak olub, Azərbaycan tərəfdən isə bir nəfər yaralanır. Hərbçisi yaralanandan sonra ordumuz "Qəzəb" əməliyyatını həyata keçirir. Qəzəbin qisasını alanlardandır Ziya Quliyev.
Sentyabrın 19-u 2023-cü il tarixdə Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçılarını ağ bayraq qaldırmağa məcbur edənlərdəndir Ziya Quliyev.
Bütün bu şücaətlərinin nəticəsidir ki, Ziya Quliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən "Cəsur döyüşçü", "Döyüşdə fərqlənməyə görə", "Kəlbəcərin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları, həmçinin, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilmişdir. Əfsanəvi döyüşçülərdən sayılan Ziya Quliyev həm də, 2020-ci ildə paytaxt Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş Zəfər Paradında XTQ-nin tərkibində iştirak etmişdir.
Ehtiyatda olan baş leytenant Həsənov Yusifin dediklərindən: "O zamanlar Ziya qumbaraatan idi. Heç bir döyüşdə onu arxa planda saxlaya bilmədik. Düşmənin bir addımlığında olmağı seçirdi, əlində silah bir addım da geri çəkilmədi. Hər kəs bir silahla döyüşərkən Ziya Quliyev iki-üç silahı birdən idarə edirdi. Düşmənlə göz-gözə, nəfəs-nəfəsə dayandı, ən çətin məqamlardan üzüağ çıxmağı bacardı."
Bir əsgər düşünün, yaralı əsgər dostunu döyüş meydanından döyüşə-döyüşə xilas edir. Bir əli güllə atır, bir əli yaralı daşıyır.
Dostu deyir, Ziya olmasaydı, mənim həyatım elə ordaca bitmişdi. Göydə Allah, yerdə Ziyadır mənim xilaskarım.
Ən dar məqamlarda, ən çətin döyüşlərdə sinəsini qabağa verdi atıcı kimi irəlidə getməyi seçdi.Düşmənin silahını götürüb irəli atıldı, qana-qan dedi. Onu geridə saxlamaq mümkün olmadı, düşmənin postlarını darmadağın edirdi.
Son antiterror döyüşündə çiynində yaralı daşıyan, dörd saat döyüşə bilən oğul mənim vətənimin oğlu ola bilərdi ancaq.
Bəli, mən ona Vətən oğlu deyirəm, bu cür igidi ancaq mənim Vətənim—Azərbaycan yetişdirə bilər, türk oğlu türkdür o. Fəxr edirik, qürurluyuq, sizin kimi oğulları yetişdirən torpağı kimsə əzə, millətini yox saya bilməz. Başımızı dik, alnımızı açıq edənlərə bir ömür borcluyuq; yolun yolumuzdur, Vətən oğlu, can qoyduğun torpağın hər qarışı halalın olsun. Cəfasını çəkdiyin torpaqda səfa sürən hər kəsə sən də haqqını halal et. Sənin qol qoyduğun yola da bizim baş qoymağımız boynumuzun borcu olsun; hələ ki ancaq şəninə yazı yazmaq gəlir əlimdən.
Gülər Mübariz / azxeber.com

Sosial     Baxılıb: 201   Tarix: 24 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Küləklə bağlı - Xəbərdarlıq

Sentyabrın 10-u axşamdan 14-dək ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıd

Gəncədə baş verən uçqunun səbəbi məlum oldu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Mirzə Yusif Axundzadə küçəsində dağıntılar altında 1 nəfərin qalması barədə məlumat daxil olub. xəbər verir ki, məlumatla əlaqədar dərha

Bakının bu ərazilərində qaz olmayacaq

Aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması, yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi, həmçinin qaz kəməri üzərində şamın və siyirtmənin quraşdırılması işləri ilə əlaqədar 05.09.2025-ci il tarixd

Bu ərazilərə leysan yağır - Faktiki hava

Azərbaycanda faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, bəzi dağlıq və dağətəyi rayonlarda - Kəlbəcər, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Quba, Qusar, Xaçmaz, Naftalan, Goranboy, Göygöl

AZAL-ın təyyarəsi illər sonra ilk dəfə Təbrizdə

Azərbaycanın "AZAL" aviaşirkətinə məxsus sərnişin təyyarəsi İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə Təbriz Hava Limanına eniş edib. xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanal

Azərbaycan universitetlərinin beynəlxalq elm yarışmasındakı uğursuzluğu – Biabırçı nəticə

"Bakı Ali Neft Məktəbi ICPC 2025 yarışması üzrə 70-dən çox ölkənin 139 komandası arasında 127- ci yeri tutub". Bu barədə eks millət vəkili, təhsil eksperti Etibar Əliyev paylaşım edib. . Ekspertin sözlərinə görə

Füzulidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Sentyabr ayının 4-də Füzuli rayonunun Babı kəndinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. . DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a bildirilib ki, araşdırmalarla yanğın

Azərbaycanda bu valyutalar ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, sentyabrın 2-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat təşkil edib. Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0.0413 manat olub

Naxçıvan-Bakı avtobusuna bilet satışında pozuntu

Naxçıvanda avtobus biletlərinin satışında kassa intizamı pozulub. xəbər verir ki, bu, Hesablama Palatasının "Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi" Publik Hüquqi şəxs üzrə dövlət vəsaitlərinin, həmçinin digə


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbərlər.com en son xeberleri valyuta mezenesi bugun xeberler