Yaşı 10 ildən artıq olan avtomobillər ölkəyə buraxılmayacaq – Yeni qərar nəyi dəyişəcək?

Yaşı 10 ildən artıq olan avtomobillər ölkəyə buraxılmayacaq – Yeni qərar nəyi dəyişəcək?Xəbər verdiyimiz kimi, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Bəs bu qərar hansı yeniliklərə səbəb olacaq?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov azxeber.com-a açıqlamasında deyib ki, Nazirlər Kabinetinin yeni qərarı, əsasən, ölkəmizdə avtomobil parkının yenilənməsinə və ekoloji vəziyyətin, ekosistemin yaxşılaşdırılmasına yönəlib.
Yaşı 10 ildən artıq olan avtomobillər ölkəyə buraxılmayacaq – Yeni qərar nəyi dəyişəcək?Ekspert qeyd edib ki, yaşı 10 ildən çox olan avtomobillərin sayı ölkəmizdə həddən artıq çoxdur: "Həmçinin qeyd etmək lazımdır ki, son illər ərzində Gürcüstandan da bizim ölkəmizə yararsız, ömrünü başa vurmuş "metallom" daşınırdı və bunun da qarşısını qismən alacaq. Ola bilər ki, bu qərarın verilməsi qarşıdan gələn yeni bir qərarı şərtləndirir. Gözlənilir ki, Azərbaycanın Avro-5 ekoloji standartlara keçidi olsun. Hazırda bizim ölkəmizdə Avro-4 standartları tətbiq edilir. Bu qərardan sonrakı növbəti qərar Avro-5-ə keçidi ilə bağlı ola bilər".
Eldəniz Cəfərov həmçinin bildirib ki, qərarın qüvvəyə minməsi 60 günə qədər qaldırılsa, daha yaxşı olar:
"Bununla yanaşı qeyd etmək istərdim ki, qərarın qüvvəyə minmə tarixi 30 gündən sonradır. Hazırda vətəndaşlarımızın xarici ölkədən aldığı minlərlə avtomobil var ki, onlar yoldadır. Cənubi Koreya, Yaponiya, ABŞ kimi uzaq ölkələrdir ki, oradan da gəmi vasitəsilə bu avtomobillərin gətirilməsi minimum iki ay vaxt alır, iki aydan çox da olur. Ona görə də düşünürəm ki, dövlət bunları nəzərə alaraq, həmçinin özünün sosial yönümlü siyasətini nəzərə alaraq, 30 gün müddətini 60 günə qədər uzatsa, daha yaxşı olar. Hazırda vətəndaşların sifariş etdiyi, hətta ödənişini etdiyi o avtomobillər ölkəyə daxil ola bilsin ki, vətəndaşlar ziyana düşməsinlər. Əks təqdirdə həmin maşınlar Gürcüstan limanlarında qala bilər, bu da bizim vətəndaşlarımıza, sahibkarlarımıza külli miqdarda ziyan vura bilər. Təklifimiz ondan ibarətdir ki, artıq sifariş edilmiş və pulu ödənilmiş avtomobillərin ölkəyə buraxılması təmin edilsin və ya bu müddət ən azı 60 günə qədər uzadılsın ki, şəxslər külli miqdarda ziyana düşməsinlər".
"Düşünürəm ki, bu qərardan sonra yay mövsümündə ikinci əl avtomobil bazarında köhnə maşınların qiyməti təxminən iki faiz civarında yüksələ bilər", - deyə ekspert əlavə edib.
Aydın Nuri

İqtisadiyyat       Tarix: 30 mart 2023
f Paylaş

Oxşar xəbərlər

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun cəbhədən video en son xeberleri cəbhədən son məlumat